Yuxarı

Səfər Əbiyevin həbsi tam realdır - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şahin Sultanovun həbsi faktiki olaraq gündəmdədir".

Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrin illərlə yığılıb qalan problemlərdən doğduğunu bildirib:

"Bu həbslər bir günün içərisində meydana gələn şey deyil. Onlar illərlə yığılıb qalan məsələlərdir. Bu, əvvəldən həllini tapmalı idi. Təəssüflər olsun ki, orada yoxlama aparan Silahlı Qüvvələrin Baş İnspeksiya rəisi general-mayor Məmməd Beydullayev və digərləri nöqsanları bilərəkdən, yaxud da kiməsə görə qeyd etməyiblər. İndi həbslər aparılır. Dövləti talan edən adamlar üçün bəzən deyirik ki, yazıqdır. 300 milyon dollarlıq İsrail hərbi boyalarının yerinə FAB boyaları istifadə edən şəxslərə niyə yazığımız gəlməlidir? Onlar cah-calal içərisində yaşadığı halda bəzi zabitlər borcun içində üzürlər. Niyə belə olmalıdır?"

Ekspert Şahin Sultanovun həbsinin faktiki olaraq gündəmdə olduğunu bildirib:

"Şahin Sultanovun həbsi faktiki olaraq gündəmdə olan məsələdir. Sadəcə, hələlik bu məsələyə getmirlər. Ancaq biz bu məsələnin gündəmdən düşməsinə və dövlətin maraqlarına xələl gətirilməsinə imkan verməyəcəyik".

Ü.Cəfərov Şahin Sultanovun bütün qanunsuzluqları özbaşına etmədiyini qeyd edib:

"Şahin Sultanov məsuliyyətdən heç cür yayına bilməz. Onun müavini Yunis Məmmədov həbsdən sonra Şahin Sultanovla bağlı ilginc açıqlamalar verib. Yəni Qərargah rəisi komandanın sadəcə olaraq qanunsuz əməllərini yerinə yetirib. Bu məsələlərin başında da Şahin Sultanovun qanunsuz hərəkətləri dayanır. Bildiyim qədərilə, Şahin Sultanov bu hərəkətləri özbaşına etmədiyini bildirib. Komandanın tabe olduğu birbaşa rəis Səfər Əbiyev idi. Şahin Sultanovu bu qanunsuz addımları atmağa sövq edən də keçmiş Müdafiə naziridir. Mən açığını deyim ki, bu həbslərin davamı da olacaq. Çünki orada başqa qanunsuzluqlar da var. Amma istəməzdim ki, günahsız insanları günah keçisi etsinlər".

O, Hərbi Dəniz Qüvvələrində həbslərin həyata keçirilməsində bir neçə səbəbin rol oynadığını söyləyib:

"Həbslər təkcə 300 milyona görə deyil. "Avroviziya" müsabiqəsi zamanı sökülən evlərə görə verilən pulların mənimsənilməsi, ərzaqların satılması, mənzil fondunun qeyri-qanuni istifadəsi, hərbiyə aid olmayan şəxslərin Hərbi Dəniz Qüvvələrindən kifayət qədər yararlanması və digər faktlar da bu həbslərin əsas səbəbləridir. Bu hesabatla özlərini prezidentin qarşısında yaxşı göstərməkdən ötrü canfəşanlıq edirlər. Korrupsiya və rüşvətxorluğu Müdafiə Nazirliyinin özündə axtarmaq lazımdır. Nazirlikdə təkcə Səfər Əbiyev olmayıb. Bu işi hazırlayan şəxslər yaddan çıxarmamalıdırlar ki, sənədlər və aktlar var. Onların altında isə çox böyük şəxslərin imzaları durur".

Qeyd edək ki, bu gün Hərbi Dəniz Qüvvələrində keçirilən əməliyyat zamanı iki nəfər yüksək rütbəli şəxs həbs olunub. Məlumata görə, HDQ-nin Hidroqrafiya bölməsinin keçmiş rəisi, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq, barələrində həbs qətimkan tədbiri seçilib. İttihama əsasən, hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə (311-ci maddə - rüşvət alma) təqsirləndirilirlər.

Tarix
2014.04.21 / 13:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla