Yuxarı

AŞPA nümayəndələri Qərb Universitetində - Görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində AŞPA nümayəndələri ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Zorakılıqdan azad qadınlar" Parlament şəbəkəsi ilə birgə "Qadın səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində görüş baş tutub.

Görüşdə AR Milli Məclisinin Avropa Şurası Parlament Assableyasındakı nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament Assambleyasının Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi, "Zorakılıqdan azad qadınlar" parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova, Avstriya Parlamentinin və "Zorakılıqdan azad qadınlar" Parlament Şəbəkəsinin üzvü Qizela Vurm, Andorra Parlamentinin və AŞPA-nın üzvü Silvia Bonet, Avropa Şurasının eksperti, Bosniya və Herseqovina Parlamentinin, eləcə də "Zorakılıqdan azad qadınlar" Parlament Şəbəkəsinin sabiq üzvü İsmeta Dervoz, Gender və məişət zorakılığı üzrə ekspert Monika Koçaqi (Albaniya), AŞPA Katibliyinin əməkdaşı Elis Kornu və başqa səlahiyyətlilər iştirak edib.

Qərb Universitetinin rektoru Zemfira Məmmədova qonaqları salamladıqdan sonra Gender Araşdırmaları Mərkəzinin yaranma tarixindən, fəaliyyətindən, genderin tədrisə inteqrasiyasından söhbət açıb. Rektor qeyd edib ki, Qərb Universiteti gənc, müasir universitet olmasına baxmayaraq, hər zaman yenilikləri ilk olaraq tətbiq edən təhsil müəssisəsidir.

Daha sonra çıxış edən Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzinin müdiri Kifayət Ağayeva Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə qonaqlara məlumat verib.

Sonda görüş iştirakçıları xatirə fotosu çəkdirib.

Tarix
2016.09.29 / 17:32
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla