Yuxarı

Azərbaycanın 2015-ci ildəki itkiləri - Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il mədəniyyətimizdə baş verən əlamətdar hadisələrlə yanaşı, ictimaiyyəti üzən itkilərlə də yadda qaldı. Bu il elm və mədəniyyətimizin inkişafında müstəsna rol oynayan bir neçə şəxs dünyasını dəyişdi.

Axar.az 2015-ci ildə sənət, elm və ədəbiyyat sahəsindəki itkiləri araşdırıb.

Mən burdayam, İlahi...

2015-ci ilin əvvəlində Azərbaycan ictimaiyyəti xalq şairi Səməd Vurğunun son yadigarı Vaqif Səmədoğlunun ölümü ilə sarsıldı. O, yanvarın 28-də uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdi.

Gözlənilməz ölüm...

Xalq artisti İlham Əsgərovun ölümü gözlənilməz oldu. Yeni teatr mövsümünün açılış tamaşasına hazırlaşan İlham Əsgərov 6 sentyabrda infarkt nəticəsində vəfat etdi.

Həm ziyarət, həm əbədiyyət...

Daha bir sənətçimizin - xalq artisti Nuriyyə Əhmədovanın itkisi də ilin ən ağır xəbərlərindən idi. Nuriyyə Əhmədova uzun müddət xəstə olsa da, onun vəfatı hamı üçün gözlənilməz oldu. Qızı ilə oğlunun vəfatından sonra Nuriyyə xanım da 10 oktyabrda əbədiyyən gözlərini yumdu.

Akademikin ölümü

Digər gözlənilməz hadisə isə akademik Tofiq Hacıyevin vəfatı oldu. O, oktyabrın 27-də öz evində dəm qazından zəhərlənərək faciəvi şəkildə vəfat etdi.

Kamança əbədiyyən susdu

Xalq artisti, kamança ustadı Habil Əliyev sentyabrın 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Ağamusa Axundov

Elm aləmindəki itkilərdən biri də görkəmli dilçi və türkoloq alim, akademik Ağamusa Axundovun vəfatı idi. Azərbaycan ictimaiyyəti onu sentyabrın 5-də itirdi.

Ölürəm qoymayın...

Əməkdar artist Gülnar Salmanova isə həyatının son günlərini ağrılı-acılı keçirdi. Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa son dəfə "Ölürəm qoymayın", - deyib gözlərini yumdu. O, 24 oktyabrda, ömrünün 54-cü baharında Sabunçu xəstəxanasında vəfat etdi.

Dərələrdən yel kimi...

Bu il ədəbiyyat cameəsi həm də şair Məmməd Aslanın vəfatı ilə üzüldü. O, 23 sentyabrda ağciyər xəstəliyindən dünyasını dəyişdi.

Tarix
2015.12.17 / 08:45
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla