Yuxarı

Almaniyadan Türkiyəyə İncirlik təhdidi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə rəhbərliyi alman deputatların İncirlik hərbi bazasına ziyarətinə icazə verməsə, cavabımız sərt olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının Müdafiə Komissiyasının sədri Volfqanq Hellmix deyib.

Onun sözlərinə görə, parlament türklərin bu addımına cavab olaraq, "Avaks" tipli kəşfiyyat təyyarələrin İncirlik bazasına göndərilməsinə mane ola bilər.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel NATO sammitində "Avaks" təyyarələrinin İncirlik hərbi bazasında yerləşdirilməsini gündəmə gətirəcəklərini deyib.

Ötən ay rəsmi Ankara Almaniya müdafiə nazirinin müavininin rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyətinin İncirlik hava bazasına baş çəkməsinə razılıq verməyib. Türkiyə hökuməti bundan əvvəl Almaniya Müdafiə Nazirliyində akkreditasiyadan keçən almaniyalı jurnalistlərin də hava bazasına girişinə qadağa qoyub.

Türkiyə tərəfinin bu addımının səbəbi iyunun 2-də Almaniya parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsi ilə izah olunur.

Tarix
2016.07.08 / 11:06
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla