Yuxarı

Göydə uçanların həyatı haqda bilmədiklərimiz

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər adam pilot ola bilərmi?

Bu peşənin incəliyi, onların seçimi, keçdikləri yol oxucuların marağındadır. Yeni Müsavat pilot olmaq istəyənlərin keçməli olduğu yol barədə arayış hazırlayıb. Maraqlıdır, hər bir adam pilotluq edə bilərmi? Bu, nə dərəcədə mümkündür? Pilotlar hansı yoxlama, imtahanlardan keçir, hansı bacarıqlara, fiziki, psixoloji hazırlığa malik olmalıdır?

Ondan başlayaq ki, pilot, xüsusi və ya professional olaraq bir hava nəqliyyat vasitəsini istifadə edən, sövq və idarə edən adamdır. Mülki və ya əsgəri havaçılıq sektorlarında işləyirlər və ya hobbi olaraq uçuş reallaşdırarlar.

Pilotlar oxuduqları təhsilə görə xüsusi pilot lisansı (PPL), ticari pilot lisansı (CPL) və ya hava yolu nəqliyyat pilotu lisansı (ATPL) sahibi ola bilərlər. ATPL lisansı ən əhatəli ticari lisans olub, digər lisansları da əhatə edər. Bir pilot öz ölkəsində oxuduğu lisans və dərəcələndirmələri bağlı olduğu havaçılıq nüfuzlarının icazə verdiyi ölkələrdə istifadə edə bilər.

Psixologiyası sağlam deyilsə...

Pilot olmaq hər hansı bir müraciət, forma və ya kağızdan daha önəmli bir şərtdən keçir. İlk növbədə insanın psixoloji sağlam olması lazımdır. Təbii ki, mükəmməl bir insan yoxdur. Amma buna görə kiminsə cəsarətini qırmağa da gərək yoxdur. Lazımlı testlər və müəyyən müddət sonucunda pilot olmağa haqq qazanmaq mümkündür.

Məsələn, qonşu Türkiyədə pilotluq anlayışını əsgər və ya sivil olaraq iki bölümdə incələməyə ehtiyac var. Əsgər pilot olmaq üçün öncəliklə hava hərb məktəbində 4 il təhsil almaq lazımdır. Bu, həm də "necə f16 pilotu olmaq olar" sualının cavabı kimidir. Bundan sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən verilən mütəxəssis təhsili alınır. Burada situasiyaya uyğun olaraq, təkamül helikopter idarəedicisi kimi başqa təhsillər də alına bilir.

Yuxarıda dediyimiz kimi, təhsil sonucunda pilot olmağa namizəd seçilənlər öncə yardımçı pilot, sonra da kapitan pilot ola bilirlər. Amma təhsildən sonra özəl uçuş dərsləri verən kurslara da qatılmaq şərtdir. Burada da lazımi kriteriyaları keçmək, lazımlı və məcburi təhsili tamamlayaraq testlərdən keçmək gərəkir. Ancaq bundan sonra hava yolu şirkətlərində işləməyə başlamaq olar.

Bundan başqa, lisey məzunlarının da ala bildiyi "ultralight pilot" təhsilləri var. Bunlar kiçik həcmli təyyarələr üçün təhsil verən kurslardır.

Sağlamlıq sertifikatları isə o qədər də asanlıqla verilmir. Yaddan çıxarmaq olmaz ki, bunun üçün böyük həkim heyəti, həssaslıqla nəzərdən keçirilən analizlər və ciddi psixoloqlar ordusu var. Bundan başqa, xarici dil bilgisi də xüsusi kriteriyalardan sayılır.

Pilot olmaq üçün lazımlı kriteriyaların siyahısına diqqət yetirək. Pilot olmaq istəyən şəxs:

18 yaşdan yuxarı olmalıdır.

Bu iş üçün sağlamlıq arayışı almalıdır.

Beynəlxalq qaydalara görə yoxlamadan keçməsi şərtdir.

Bundan sonra xüsusi pilot təhsili deyilən bir təlimdən keçmək lazım gəlir . Bu təlim 50 saat davam edir. Bununla paralel, 80 saata yaxın bir yer dərsi də keçmək şərtdir.

Bu təhsili bitirəndən sonra pilotlara beynəlxalq dərəcəsi olan bir pilot dərəcəsi verilir. Bundan sonra qanunda göstərilən şərtlər daxilində uçuş icazəsi də qazanılır.

Bunu davam etdirmək istəyənlər SPL, yəni, ticari pilot təhsilinə davam etmək olar.

Narkotik və alkoqol asılılığının olmaması da şərtlər sırasındadır.

Türk Hava Yollarında xarici pilotlar artıb

Daha bir maraqlı detal. Dünyada ən çox ölkəyə səfər düzənləyən şirkət kimi tanınan "Türk Hava Yolları" ilə uçmaq istəyən əcnəbi pilotların sayında son illər artım yaranıb.

THY-də ən çox çalışmaq istəyən xarici pilotlar almanlardır. Onlardan sonra sıyahıda yunanlar, ispanlar, italyanlar, hollandlar, belçikalılar və ingilislər yer alır. Ümumilikdə isə THY-də 158 əcnəbi pilot çalışır. Pilotluq üçün lazımi kriteriyalara sahib olan əcnəbi pilot namizədləri müraciətlərinin ardınca təkrarən bir testdən keçirlər. Pilot namizədlərinin haqlarında ədliyyə orqanlarında arxiv qeydləri alınır. Bu, onların daha öncədən məhkumluğu, axtarışda olub-olmadığını üzə çıxarmaq üçündür. Yaşayış yerindən arayış, ICAO Annex-1’deki və JAR FCL-3-dəki "ticari hava yolu pilotu şərtləri"nə uyğunluq, son 1 il içində uçuşlarına 6 aydan çox fasilə verməməsi və lazımi səviyyədə ingilis dili bilgisinin olması şərtlər sırasındadır.

Birinci pilot biznes klass yeməyi yeyir, ikinci isə...

Amma bu, pilotlarla bağlı bilməli olduğumuz yeganə məlumat deyil. Bəzi fərqli detallara da diqqət edək:

1.Pilotlar fərqli yeməklərlə qidalanır. Ekipaj üzvlərinin hamısının birdən zahərlənməsi riskini azaltmaq üçün 1-ci pilot biznes klass yeməkləri ilə qidalanır, 2-ci pilota isə digər yeməklər verilir.

2. "Boeing-747" 6 mln-dan çox detaldan ibarətdir və ən məşhur sərnişin və yük daşıma təyyarəsidir. Onu tez-tez "Səma kraliçası" və ya "Cambo Cet" (Jumbo Jet) adlandırırlar. Təyyarənin 6 mln-dan çox ehtiyat hissəsi pilot komandasının nəzarəti altında olur və bu hissələr knopkalar vasitəsi ilə idarə olunur.

3. İnsanların 80%-i uçuşdan qorxur. Akrofobiya yüksəklik qorxusudur. Aerofobiya isə məhz təyyarələrə qarşı olan qorxudur və bunu yüksəklikdən olan qorxu ilə (akrofobiya) qarışdırmaq düzgün deyil. Çünki akrofobiyadan əziyyət çəkən insanlar hətta 1 metrlik yüksəklikdə də qorxu keçirdə bilər.

4. Boeing-747-nin hər bir mühərriki 4000 kq ağırlığındadır. 4000 kq ağırlığında olan hər bir mühərrikin qiyməti isə 8 mln. dollar dəyərindədir.

5. Dünyada ən sıx və yüklənmiş hava limanı; Beynəlxalq Hardsfil-Cekson Atlanta hava limanı sərnişin daşımalarında ən çox yüklənmiş hava limanıdır (1998-ci ildən bu günə qədər hər gün 260 min sərnişin). 2012-ci ildə bu hava limanı təxminən 95 mln. sərnişin qəbul edib.

6. "Boeing-747" təyyarəsinin sürəti. Dünyada ən çox tanınan təyyarənin sürəti də özü kimi heyrətləndirir : 955 km/saat.

7. Dünya əhalisinin cəmi 5%-i hava nəqliyyatından istifadə edib. Avia-sferanın sürətli inkişafına baxmayaraq zəif inkişaf etmiş ölkələrin əhalisi bu xidmətdən məlum səbəblərə görə istifadə edə bilmir.

8. Təyyarənin köhnəliyi vaxtla yox, onun həyata keçirdiyi hermetizasiya tsiklləri ilə ölçülür. Adətən 20 yaşlı təyyarənin hesabında 51 min uçuş saatı və 75 min hermetizasiya tsikli var. Əgər təyyarə uzunmüddətli uçuşlar həyata keçirirsə, o zaman o, hermetizasiya tsikllərinə daha az məruz qalır. Təbii ki, helə təyyarələr öz kompaniyalarına 20 ildən çox xidmət göstərir.

9. Dünyada ən çox uçuş həyata keçirən insan; "United Airliness" Tom Staneri "daimi müştəri" adlandırır. Belə ki o, 2012-ci ildə 1 mln. mil məsafəni təyyarədə uçuş zamanı olub. Uçuşların hamısı "United Airliness" kompaniyasının təyyarələrində, 1-ci klassda həyata keçib. Tom Staner 59 yaşlı satış üzrə təmsilçidir və onun öz sözlərinə istinadən uçuşların çoxu işgüzar uçuş olub.

10. Dünyada ən sürətli təyyarə. "Lockheed SR-71 Blackbird" pilotla idarə olunan ən sürətli reaktiv təyyarə hesab olunur. Onun sürəti 3530 km/saat-a qədər arta bilir. Bu rekord ilk dəfə pilot U.Coerz və T.Morqan tərəfindən təyin olunub...

Azərbaycanda pilotların durumu ilə bağlı vəziyyət də nəzarət altındadır. Bu barədə zaman-zaman AZAL sözçüləri səviyyəsində mediaya açıqlamalar verilir. Ümumiyyətlə, Azərbaycanda mülki aviasiya sahəsinə ümumi nəzarət və rəhbərliyi Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) edir. Təyyarələri idarə edən pilotların seçilməsində isə beynəlxalq standartlar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən tələbləri var. Bundan başqa, Azərbaycanda pilotlar hələ Milli Aviasiya Akademiyasına (MAA) qəbul olunanda öz qabiliyyətlərinə, sağlamlığına və bir sıra digər məsələlərə görə seçilirlər. Əgər abituriyentlər bu meyarlara, şərtlərə cavab vermirlərsə, o zaman onlar müvafiq fakültələrə qəbul olunmurlar. Daha sonra isə pilotların psixoloji durumunda və sağlamlığında ümumən baş verə biləcək dəyişiklikləri nəzarətdə saxlamaq üçün onlar mütəmadi olaraq tibbi müayinədən keçirilirlər. Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya poliklinikasında xüsusi komissiya var. Həkim-uçuş ekspert komissiyası pilotları xüsusi diqqət mərkəzində saxlayır. Pilotlar hər uçuşdan qabaq mütləq komissiyada müayinədən keçirlər.

Hətta bəzi hallarda həmin komissiya bəzi pilotların uçuşa çıxmalarına qadağalar qoyub. Belə ki, pilot israrla 25 min saatlıq uçuş təcrübəsinin olduğunu və yenə də uçmaq istədiyini bildirib. Lakin onun sağlamlığında kiçik də olsa qüsur olduğundan dərhal uçuşdan kənarlaşdırılıb. MAA-nın "Uçuş mühəndisliyi (Pilot)" və "Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi (Dispetçer)" ixtisaslarına Heydər Əliyev Beynəlxalq Aeroportu Aviasiya poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinə keçmiş, Azərbaycan vətəndaşlığı olan 23 yaşına qədər abituriyentlər qəbul edilirlər. Bundan başqa, həmin abituriyentlər MAA-da "Psixofizioloji peşə seçimi" və "Fiziki hazırlıq" üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçirlər. Daha sonra da kursant olarkən onların psixofizioloji və fiziki durumları daim nəzarətdə saxlanılır. Beynəlxalq tələblərə uyğun olaraq bu sahədə yeni qaydalar hazırlanır.

Tarix
2016.07.11 / 10:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla