Yuxarı

Multikulturalizm cəhənnəmi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Fransa Prezidenti Fransua Olland Rioda baş tutacaq Yay Olimpiadası haqda danışarkən Rio hakimiyyətinə ağızdolusu məsləhətlər verdi.

Fransa kəşfiyyatı futbol üzrə keçirilən 2016-cı il Dünya Çempionatında apardığı uğurlu əməliyyat və araşdırmalarla bağlı öz tövsiyələrini sizlə bölüşə bilər deyə...

Bu gün gecə bütün dünya Fransanın Nitsa şəhərində baş verən terror aktı xəbəri ilə yasa büründü. Olland yenidən xalq önünə çıxdı və bunları dedi:

"Fransanı yeni qorxu bürüyüb. Fransa narahatdır, amma güclüdür. Sizi əmin edirəm ki, bu gün onu (Fransanı) məhv etmək istəyən şəxslər onun daha da güclənəcəyinə şahid olacaqlar".

Noyabrın 13-də paytaxt Parisdə törədilən ardıcıl terror aktları zamanı Olland canlı yayıma çıxıb xalqa müraciətində təxminən bunları demişdi:

"Bu faciədir. Əlbəttə ki, məyusuq və bir az qorxmuşuq. Terrorçular bizi qorxutmaq istədi və buna nail oldular. Lakin biz millət olaraq özümüzü qorumağı bacarırıq".

8 aylıq fasilə və Ollandın mükəmməl kəşfiyyatının fəaliyyəti göstərdi ki, dünyanın ən güclü dövlətlərindən biri olan Fransa belə özünü qorumaq iqtidarında deyil. Burda "heç kim terrordan siğortalanmayıb" klişesi yada düşür.

Yenə mətbuat və Avropa terroru lənətləyir, xristian vətəndaşlar müsəlmanlara nifrətlə, qorxuyla, ikrah hissi ilə baxır.

Bunun yeni mərhələdə olan bir müharibə olduğunu nə zaman dərk edəcəyik?

Sosial şəbəkədə avropalıların müzakirələrinə baxıram:

"Ölkəyə hər qaçqını buraxanda belə olar".

"Bu da multikulturalizmin sonu".

"Müsəlmanları ölkəmizdən çıxarın!"

"Onların torpaqlarını qaytarın!"

Bəli, sonda kimsə bütün baş verənlərin elə öz liderlərinin günahı ilə start götürdüyünü dərk etdi. Onların torpaqlarını qaytarın.

Bu multikulturalist təcrübə nə vaxta qədər uzadılacaq? Sizin ordularınız, hərbçiləriniz, silahlarınız, mükəmməl hava və quru qoşunlarınız var. O "terrorçu müsəlmanlar"ın isə sahib olduqları tək şey vətənləri və canları idi. İtirə biləcəyi hər şeyi itirən bir tunisli sizinlə necə mübarizə aparsın?

Ağ Evimi partlatsın? Yenisey Sarayınamı bomba qoysun? Onun da gücü – güc strukturlarınız fərqli olsa da, sizin kimi – sadə xalqa çatır.

Əfqanıstanda, Liviyada, Suriyada qətlə yetirdiyiniz milyonlarla uşaq, qadın, qoca kimi – onların da gücü dinc əhaliyə yetir.

Biz də terrorun nə qədər lənətli şey olduğunu bilirik. Üstəlik, Nitsada ölən sadəcə dünyanın nə olduğunu dərk etməyən 12 fidan bütün dünyanın ürəyini yandırdı. Bəli, terror dəhşətdir və bu dəhşəti dünyadan birdəfəlik silmək lazımdır. Amma necə?

Fransa kəşfiyyatı ölkədə fövqəladə vəziyyəti 3 ay yox, 3 il də uzada bilər. Miqrantların ölkəyə buraxılmasına, sərhədlərin bağlanılmasına nail ola, miqrant axınının qarşısının alınması üçün ciddi tədbirlər görə bilər. Amma bugünki terrorun "silahı" olan yük maşınlarını, hər tunislini, bıçağı, silahı ölkədən çıxara bilərmi?

Terrorçuların terakt törədə biləcəyi alətləri zərərsizləşdirmək, məhdudlaşdırmaq əvəzinə terrorçuların teraktı törətmək səbəblərini aradan qaldırmayın! Onları öz ana vətənlərində bombardman edin, evlərindən didərgin salın.

Multikulturalizm uydurmasının işləmədiyini görmək çətindir? Avropanın yol aldığı bu bərbəzəkli, pafoslu multikulturalizm cəhənnəminin nə sonu var, nə əvvəli, nə də bir "sağ qalanı".

Tarix
2016.07.16 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla