Yuxarı

Səfirliyimizin açıqlaması qadağan olundu – Mətn

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu şəraitdə hər bir ehtiyatsız fikrin, onsuz da mürəkkəb informasiya fonunu gərginləşdirə biləcəyi bir şəraitdə B.Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir?

Axar.az xəbər verir ki, bu sözlər Rusiyadakı səfirliyimizin lenta.ru saytında Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla dərc olunan müsahibəyə cavab olaraq yaydığı məlumatında deyilib.

Musavat.com-un məlumatına görə, şərhdə son aylar Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin aktivləşdiyi qeyd olunur:

"Beynəlxalq ictimaiyyətin səyləri çərçivəsində münaqişənin nizamlanması üzrə ciddi iş görülür və Rusiya bu prosesdə müstəsna rol oynayır. Həmsədr ölkələr (Rusiya, ABŞ, Fransa) də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, qondarma DQR-i tanımır və danışıqlar prosesində irəliləyişə nail olmağa çağırırlar. Bu şəraitdə hər bir ehtiyatsız fikrin onsuz da mürəkkəb informasiya fonunu gərginləşdirə biləcəyi bir şəraitdə B.Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir?

Ən əsası, həmin böhtan xarakterli iddialar Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın mövqeyinə ziddir və yaranmış vəziyyətdən çıxış yolunun tapılması istiqamətindəki səyləri heçə endirə bilər. Azərbaycan ərazilərinin işğalına son qoyulmalı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi çərçivəsində erməni və azərbaycanlı icmalarının təhlükəsiz yanaşı yaşamalarını təmin edə biləcək və geniş muxtariyyət hüquqlarına malik müəyyən rejim formalaşdırılmalıdır. Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoymaq, onun ərazilərində ikinci erməni dövləti yaratmaq və ya torpaqlarımızın bir hissəsini ilhaq etmək cəhdləri iflasa məhkumdur. Azərbaycan xalqı heç vaxt belə cəhdlərlə razılaşmayacaq. Rusiya mətbuatında bu tip müsahibələrin dərc olunması tez bir zamanda həll edilməsi tələb olunan münaqişənin nizamlanmasında vasitəçilik işində Rusiyanın müstəsna rolunun reallaşdırılmasına süni maneələr yaratmaq məqsədi güdür".

Qeyd edək ki, səfirlik Rusiyanın "KİV haqqında qanunu"nun 46-cı maddəsini ("Cavab hüququ") rəhbər tutaraq "lenta.ru"nun redaksiyasına müraciət edərək Bako Saakyanın çıxışına cavab olaraq ölkəmizin mövqeyinin dərc olunmasını xahiş edib. Lakin redaksiyadan qanunsuz şəkildə səfirliyin mövqeyinin işıqlandırılmayacağı bildirilib.

Tarix
2016.07.23 / 10:07
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla