Yuxarı

Şok: ABŞ generalı Türkiyədə çevrilişi necə hazırlayıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların xaricdən idarə olunduğu ortaya çıxıb.

Axar.az "Yeni Şəfəq"ə istinadən xəbər verir ki, qiyamı hazırlayan və idarə edən şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (İSAF) komandanı Con F.Kempbell də olub.

Hərbi çevrilişə cəhdə qədər gizli şəkildə iki dəfə Türkiyəyə səfər edən general Kempbell həm Ərzurumda, həm də Adanadakı İncirlik bazasında görüşlər keçirib. Eyni zamanda, o, çevriliş zamanı rütbəsindən asılı olaraq zabitlərin atacağı bütün addımları da öncədən müəyyən edib.

2014-cü ildən bəri Əfqanıstanda İSAF komandiri olan və bu ilin mayında təqaüdə çıxan Kempbell türkiyəli generallarla söhbətində çevrilişin uğurlu olacağı təqdirdə Türkiyəyə yenidən gələcəyini deyib.

Qəzetin hərbi qaynaqlardan əldə etdiyi məlumata görə, qardaş ölkədə hərbi çevrilişin maliyyələşməsi də okeanın o tayından idarə olunub. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) kiçik qrup yaradılıb.

Çevrilişə sayılı günlər qalmış Nigeriyda fəaliyyət göstərən "Yunayted Bank of Afrika" (UBA Bank) şöbəsindən külli miqdarda pul Türkiyəyə göndərilib. Bu pullar ölkə daxilində 80 nəfərdən ibarət qiyamçı qrupa məxsus bank hesablarına köçürülüb.

Tarix
2016.07.25 / 10:21
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla