Yuxarı

Ermənistanda qiyamçılar təyyarəni vurdu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda polis-patrul alayının binasının tutan silahlı qrup bütün girovları azad etsə də, binanı tərk etməyib.

Publika.az xəbər verir ki, müxalif qrupları Sarkisyanın istefasını və həbsdə olan Jiray Sefilyanın azad olunmasını tələb edən silahlılara dəstək aksiyaları keçirir.

Hazırda silahlı qrupun olduğu Xorenaçi küçəsində sakitlik hökm sürsə də, etirazlar əsasən axşam saatlarında başlayır. Dünən axşam binanı tərk etmək istəməyən silahlı qrup hakimiyyətin onlara yemək verilməsini qadağan etməsinə etiraz olaraq, polis maşınını yandırıb.

Özlərini "məğlubedilməz döyüşçülər" adlandıran silahlı qrupun üzvü Varujan Avetsyan qeyd edib ki, onlar həmçinin, polisin pilotsuz uçan aparatını da vurublar.

"Bizə yemək, işıq vermirlər, əlaqəni kəsiblər. Buna görə də biz etirazımızı bu cür bildiririk. Polis maşınını yandırdıq, həmçinin, bizim olduğumuz zonaya göndərilən pilotsuz aparatı iki atəşlə məhv etdik. Əhval-ruhiyyəmiz yaxşıdır, çünki biz azad olunmuş ərazidəyik. Bütün xalqı etiraza səsləyirik", - deyə o bildirib.

Qeyd edək ki, silahlı qrup iyulun 17-də polis binasını ələ keçirərək, polis əməkdaşlarını və yüksək rütbəli polis zabitlərini girov götürüb. Onlar həbsdə olan "Yeni Ermənistan" hərəkatının lideri J.Sefilyanın azad olunmasını, prezident Serj Sarkisyanın istefa verməsini tələb edirlər. Girovluqda olan şəxslərin hamısı iyulun 23-nə qədər sərbəst buraxılıb. Hazırda silahlı qrup olduqları binanı tərk etmir və əvvəlki tələblərini irəli sürürlər. Ermənistanda müxalifət onlara dəstək verir. Dünən Sarkisyanın qiyamçıların lideri olan J.Sefilyanla görüşməyə razı olduğu haqda məlumatlar yayılmışdı. Lakin hakimiyyət əvvəlcə polis binasının azad olunmasını və qiyamçıların hüquq-mühafizə orqanlarına təslim olmasını tələb edib.

Tarix
2016.07.25 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla