Yuxarı

"Dekabank" bundan sonra kredit təşkilatı olacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ötən həftə ləğv etdiyi "Dekabank" ASC bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə sektorunda fəaliyyətini davam etdirməyə qərar verib.

Bunu Report-a açıqlamasında Bankın İdarə Heyətinin sədri İsmayıl Əliyev deyib.

Onun sözlərinə görə, artıq bu məsələ "Dekabank"ın səhmdarları ilə MBNP arasında razılaşdırılıb:

"Hazırda Bankın ləğv edilməsi ilə bağlı işlər gedir. Məhkəmə qərarı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu "Dekabank"ın ləğvedicisi təyin edilib. Bu işlər başa çatandan, öhdəliklər yerinə yetiriləndən sonra BOKT kimi fəaliyyət göstərəcəyik".

Qeyd edək ki, "Dekabank" 1992-ci ildən fəaliyyət göstərib. Onun nizamnamə kapitalı 52,767 mln. manat olub. Bu məbləğ hər birinin nominal qiyməti 1 100 manat olan 47 970 səhm əsasında formalaşıb.

Xatırladaq ki, bundan əvvəl "Parabank" ASC də BOKT kimi bazarda qalmağa qərar verib.

Tarix
2016.07.25 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla