Ana səhifə Planet |
Rusiya Polşanı bir gecə ərzində tuta
bilər.
Publika.az xəbər verir ki, bu
qənaətə "Atlantic Council" Amerika analitik mərkəzinin ekspertləri
gəliblər.
"Moskva hətta hazırda NATO ilə birbaşa toqquşmada maraqlı olmasa
belə, hər şey bir gecə ərzində dəyişə və qısa müddətə reallaşdırıla
bilər. Xüsusən, müvafiq planlar və bunun üçün lazım olan resurslar
çoxdan hazırlanıb", - sənəddə deyilir.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, Krımın zəbt edilməsi ilə
Rusiya Prezidenti Vladimir Putin hamını necə fakt qarşısında qoya
biləcəyini əyani şəkildə sübut etdi. Analitik hesabatda etiraf
edilir ki, Rusiyanın müdaxiləsinin dəqiq vaxtını qabaqcadan xəbər
verə bilmirlər. Amma əmin edirlər ki, bu, mütləq baş verəcək.
Bundan başqa, sənəddə bildirilir ki, Rusiya nadir hallarda öz
həqiqi niyyətlərini gizlədir.
"Atlantic Council" NATO-nu bütün ssenarilərə hazır olmağa və
maksimum, həm də münasib hədəflərə sərt cavab zərbəsi vurmağa
çağırır. Ekspertlərin fikrincə, Moskva metrosu, Sankt-Peterburq
elektrik şəbəkəsi və Rusiyanın RT dövlət telekanalı hədəflərin
siyahısına daxil olmalıdır.
Mərkəzin analitiklərinin fikrincə, Polşa Rusiyaya anlamağa imkan
verməlidir ki, hərbi əməliyyatlar başlanacağı halda xüsusi
təyinatlı bölmələri Kalininqrad vilayətinə göndərəcək və raket
batareyaları kimi strateji əhəmiyyətli hədəfləri məhv
edəcək.
"NATO gücləri Polşada işğalçıları saxlamalı və onlara maksimal
ziyan vurmalı olacaqlar. NATO gücləri Polşada əlavə qüvvələrinin
gəlməsi üçün vaxt udmaq məqsədilə polyaklarla bərabər səviyyədə
vuruşmalı olacaqlar. Hərbi ittifaqın regiondakı kontingenti
açıq-aydın kifayət etmir", - hesabatda qeyd olunub.
İyirmi beş səhifəlik sənəddə "dirilən Rusiya"nı saxlamaq üçün
NATO-ya edilən çağırışlar yer alıb.
Hərbi strateqlər proqnozlaşdırırlar ki, ruslar Polşanı tutmaq üçün
Latviya və Litvanın arasından keçməli olacaq.
Xatırladaq ki, Almaniyanın "Die Welt" nəşri bu yaxınlarda
Baltikyanı regionda Rusiya və NATO-nun mümkün hərbi qarşıdurmasında
ittifaqın şanslarını qiymətləndirib. Nəşr Şimali Atlantika
İttifaqının praktik olaraq şanslarının olmayacağını yazıb.
Nəşr qeyd edir ki, NATO şərq cinahını möhkəmləndirməklə güc
nümayiş etdirməyə çalışır.
NATO-nun 8-9 iyul tarixlərində keçirdiyi Varşava sammitində
Polşa, Estoniya, Litva və Latviyaya dörd min hərbi qulluqçunun
göndərilməsi barədə razılıq əldə olunub. Bu qərar kifayət qədər
mübahisəli oldu. Nəşr qeyd edir ki, 4 min hərbi qulluqçu regionda
hərbi güclərin nisbətini dəyişdirməyə, ilk növbədə Rusiya
qoşunlarının say üstünlüyünə görə qadir deyil.
Bundan başqa, ittifaqda "Axilles dabanı" var: Polşa və Litva
arasında təxminən 100 kilometr uzunluğu olan Suvalki dəhlizi.
Suvalki Dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarus ilə
həmsərhəddir. "Die Welt" nəşrinin əməkdaşı qeyd edir ki, bu,
regionda NATO-nun ən zəif yeridir.
RAND analitik mərkəzin proqnozlarına əsasən, hipotetik münaqişə
olacağı halda Rusiya Suvalki Dəhlizini kəsə, texnika və təchizatı
nəql etmək imkanından NATO-nu məhrum edə biləcək.
"NATO-nun piyada qoşunları geri çəkilə bilməyəcək və
məğlubiyyətə uğrayacaqlar", - ekspertlər qeyd edirlər.
Bundan başqa, Rusiya Baltik dənizində ittifaqın hərbi gəmilərini mühasirəyə ala bilər. "Quruda NATO-nun qoşunları rusiyalılara qarşı durmaq üçün çox az və zəifdir", - məqalənin müəllifi yekunlaşdırıb.
Tarix
2016.07.25 / 14:11
|
Müəllif
Axar.az
|