Yuxarı

Şeyxdən yeni təyinatlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Şəhidlər Məscidinə axund və imam təyin edib.

Bunu Alllahşükür Paşazadə APA-ya müsahibəsində bildirib. Təyin olunan din xadimləri Əyanət Cəfərov və Mirzaid Qənbərov imam, Cavid Kərimov və Gülağa İsmayılov isə axund vəzifəsini yerinə yetirəcəklər.

Şeyxülislam deyib ki, bəzi məsələlər mətbuatda düzgün şərh və təqdim olunmur: "Dini ayinlərin həyata keçirilməsi üçün axund və ya imam təyinatını qanuna görə QMİ həyata keçirir. Başqa cür ola bilməz. Şəhidlər Xiyabanının ziyarətçilərinə xidmət etdiyi nəzərə alınaraq Dövlət Komitəsi bu məsciddə icmanın olmayacağı barədə açıqlama verdi. Lakin ziyarətçilərə dini xidmət göstərmək üçün Şəhidlər Məscidinə axund və imam təyin etdik. Bakı Şəhər İcra Hakimiyyəti həmin məscidin təmir, bərpa məsələlərini, mühafizəsini, yəni inzibati qaydada həyata keçiriləsi işləri həyata keçirir. Bu, belə də olmalıdır".

Qeyd edək ki, Bakıdakı Şəhidlər Məscidi Türkiyənin Dini İşlər İdarəsi (Diyanet İşleri Başkanlığı) tərəfindən 1996-cı ildə tikilib. 2011-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidin fəaliyyətinin təmir məqsədilə dayandırıldığını açıqlayıb. Dövlət Komitəsinin ötən ay yaydığı açıqlamada bildirilib ki, məscidə təmir işlərinin tam yekunlaşmamasına baxmayaraq, ibadət evi fərdi ibadət edənlər üçün və protokol üçün açıqdır, lakin burada dini icma fəaliyyət göstərməyəcək. Məscidi Bakı Şəhər İcra Hakimiyyəti idarə edəcək.

Tarix
2016.07.25 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla