Yuxarı

Petkim Korporativ İdarəetmə indeksindən çıxarılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan və 60-a yaxın neft-kimya xammalı istehsal edən "Petkim PetroKimya Holding A.Ş." iyulun 26-dan etibarən Korporativ İdarəetmə indeksindən çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə İstanbul Birjasından Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu (KAP) verilən məlumatda deyilir. Qeyd edilir ki, "Petkim"in səhmləri mövcud Korporativ İdarəetmə Dərəcələndirmə Müqaviləsi üzrə yenilənmədiyi bildirildiyi üçün, Səhm İndeksləri Əsas Qaydalarının 7.10.b. maddəsinə uyğun olaraq, 26.07.2016 tarixindən etibarən BIST Korporativ İdarəetmə indeksi əhatəsindən çıxarılacaq.

Qeyd edək ki, "Petkim" Türkiyənin neft-kimya sektorunda yeganə istehsalçıdır və kompleks İzmirin Əliağa yarımadasında yerləşir. 2008-ci ildə SOCAR TURKAS ilə birgə "Petkim"in alınması üçün müraciət edib. "Petkim"də STEAŞ təxminən 57,5 faizlik hissəyə sahibdir.

"Petkim" kompleksi daxilində 20 növ çeşiddə məhsul edən 14 zavod fəaliyyət göstərir. Hazırda zavod illik 3,6 milyon ton məhsul istehsalı həcminə malikdir. "Petkim" 2015-ci ildə 1,8 milyon ton məhsul satışından 1,7 milyard ABŞ dolları satış gəliri əldə edib.

SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş." (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, "Goldman Sachs" - 13 faiz.

Tarix
2016.07.25 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla