Yuxarı

Vernerdən Azərbaycana çağırış

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə işçi qrupun rəhbəri Valter Verner (Almaniya) ticarət rejiminin təşkilatın normalarına çatdırılması üzrə ölkənin atdığı addımlarını alqışlayıb.

Axar.az ÜTT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqların növbəti raundunda bildirilib.

Valter Verner həmçinin Azərbaycan və ÜTT üzvlərini danışıqlar prosesini intensivləşdirməyə çağırıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkə iqtisadiyyatının şaxələndirilməsi və enerji daşıyıcıların qiymətinin azalması ilə bağlı çağırışlara yönələn Milli Strateji yol xəritəsinin qəbul olunması haqqında məlumat verib. İşçi qrupun üzvləri Azərbaycanın yaxın zamanlarda danışıqları başa vuracağına ümidvar olduqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycanın ÜTT-yə daxil olmasının növbəti raundu bu il iyulun 19-23-də Cenevrədə keçirilib.

Tarix
2016.07.25 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla