Yuxarı

İnsanlar ölmək üçün bu şəhərə axışırlar – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimal-şərqindəki Varanasi indusların 7 müqəddəs şəhərindən biridir.

Axar.az xəbər verir ki, "Ölüm şəhəri" kimi tanınan Varanasi hər il ölümü gözləmək üçün gələn minlərlə hindliyə ev sahibliyi edir. Hindlilər Qanq çayı sahilində "qat" olaraq tanınan beton pillələrdə yuyunaraq günahlarından təmizlənmək, yaxud itirdikləri yaxınlarının bədənlərinin çay kənarında yandırmaq üçün bu şəhərə gəlirlər. Varanasinin küçələrində yoxsul geyimli, yarıçılpaq, bel kəmərlərindən asılmış, içərisində az bir miqdarda pul olan kisədən başqa heç bir əşyası olmayan çoxlu sayda insanlara rast gəlmək olar. Ahıl yaşına çatmış bu insanlar buraya ölməyə gəlirlər. Əllərindəki az miqdarda pul onların dəfn mərasiminin təşkili və yandırılacağı ocağın odununu almaq üçün lazımdır.

Belə bir inam var ki, Varanasidə ölənlərin ruhu dərhal azad olur və "nirvana" vəziyyətinə yüksəlir. Qanqın müqəddəs suları bütün günahları yuyur və insan yenidən doğulur. Hindistanın hər yerindən insanlar özünün son günlərini keçirmək üçün buraya can atırlar. Ora gələnlərin bəziləri hətta o dərəcədə kasıb olur ki, onların pulu yandırılacağı ocağa yetəcək odunu almağa belə çatmır.

Qanqda yarıyanmış insan cəsədlərinin üzməsi tez-tez rast gəlinən hadisələrdəndir.

Səhər tezdən - gün doğanda Qanq çayının sahilində çaya doğru əyilərək Qayatri Mantra (induizmdə ən müqəddəs dua - səslə oxunur) oxuyan çoxlu sayda insanla qarşılaşmaq olar. Bu, müqəddəs yuyunmadır və bu yeri insanlar "qat" adlandırırlar. Varanasidə 80 belə yer var. Qatlar suya enən iri daş pillələrdir. Hər gün minlərlə zəvvar yuyunma mərasimi keçirir. Ölənlərin cəsədi yandırılır, külü isə müqəddəs sulara səpilir.

Varanasini ziyarət edən avropalılar buranı başqa bir dünya ilə müqayisə edirlər. Bu yerdəki atmosfer insanları təkrar buralara qayıtmağa, çoxəsrlik ruhani irslə yenidən təmasda olmağa vadar edir. Bəlkə də ona görə deyirlər ki, Varanasidə hətta yuxu görmək də meditasiyadır.

Tarix
2016.07.25 / 20:56
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla