Yuxarı

ABŞ səfirliyində mühüm görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Təkmilləşdirilmiş Elmi Araşdırma Konfransının iştirakçıları ilə Azərbaycanın ABŞ-dakı Səfirliyində görüş keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, cari ilin iyulun 24-də özündə müxtəlif ölkələrin bir sıra nüfuzlu QHT-lərini birləşdirən "Minillik Layihəsi" və NATO tərəfindən birgə təşkil olunmuş NATO Təkmilləşdirilmiş Elmi Araşdırma Konfransının iştirakçılarının şərəfinə Azərbaycanın ABŞ-dakı Səfirliyində ziyafət verilmişdir. Məlumat üçün bildirək ki, 3 gün davam edəcək bu Konfransa məhz Azərbaycanın sözügedən tədbiri ilə start verilib.

Qeyd edək ki, "Minillik Layihəsi"ndə iştirak edən QHT-lər əsasən tanınmış alimlər, analitiklər və ekspertlərdən ibarətdir və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla birgə proqramlar həyata keçirir. Hazırkı Konfrans olduqca aktual olan "Potensial terrorçuların müəyyən olunması və onlara qarşı cavab tədbirlərinin görülməsi – Yaranmaqda olan texnologiyalar və terrorizmə qarşı yeni mübarizə strategiyaları" mövzusunda keçirilir.

Tədbir zamanı qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov adıçəkilən konfransın əhəmiyyətini qeyd edərək, ölkəmizin terrorizmə qarşı mübarizədə verdiyi töhfə və bu sahədə Azərbaycanda atılan addımlardan danışmışdır. O, Azərbaycanın regionda daim inkişafın və qabaqcıl düşüncənin aparıcı qüvvəsi olduğunu bildirərək, ölkəmizdə 1918-ci ildə şərqdə ilk demokratik respublika qurulduğunu və dinindən, etnik kimliyindən və cinsindən asılı olmayaraq hər vətəndaşına bərabər hüquqlar verildiyini vurğulayıb. M.Talıbov müstəqillik illərində Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr barədə danışmış və həmin layihələrin regiona yeni reallıqlar gətirdiyini qeyd edib. O, həmçinin, həyata keçirilmə ərəfəsində olan Cənub Qaz Dəhlizi layihəsi haqqında danışmış və layihə sayəsində Qafqaz regionunun Avropa ilə bilavasitə təmas yaradacağını bildirib. M.Talıbov eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək, ölkəmizin 20% ərazisinin indiyədək Ermənistan tərəfinin işğalı altında olduğunu və bunun region üçün ən böyük təhlükə olaraq qalmaqda davam etdiyini vurğulayıb.

"Minillik Layihəsi"nin direktoru Jerom Qlen çıxış edərək, adıçəkilən layihə barədə ətraflı məlumat verdi. O, Azərbaycan tərəfinə tədbirə verilən diqqətə görə minnətdarlığını bildirmiş, 2013-cü ildə ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü xatırlayaraq, həmin səfər barədə xoş təəssüratlarını bölüşüb.

Konfransın İsraildən olan iştirakçısı Yair Şaran çıxış edərək, 3 il əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanla İsrail arasında yaxın dostluq əlaqələrinin mövcud olduğunu bildirmiş və iyulun 24-dən 27-nə qədər davam edəcək NATO Təkmilləşdirilmiş Elmi Araşdırma Konfransının ilk gününün Azərbaycanın ABŞ-dakı Səfirliyində rəsmi qəbulla başlamasının sevindirici hal olduğunu qeyd edib.

Sonda "Minillik Layihəsi"nin fəal iştirakçılarından olan, Azərbaycan Futuroloq Cəmiyyətinin təsisçisi və rəhbəri Reyhan Hüseynova çıxış edərək rəhbərlik etdiyi QHT-nin fəaliyyəti, "Minillik Layihəsi" və həmçinin, bu çərçivədə görülən işlər, ölkə rəhbərliyinin bu sahəyə diqqəti barədə danışıb.

Qeyd edək ki, qonaqlar tədbir zamanı Azərbaycanla bağlı səslənən məlumatları böyük maraqla qarşılamış və ölkəmizin onlara göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, "Minillik Layihəsi"nin iştirakçıları "Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı" mövzusunda təşkil olunan Bakı Gələcək Forumuna qatılmaq üçün 2013-cü ildə ölkəmizə səfər ediblər.

Tarix
2016.07.25 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla