Yuxarı

Bakı qalibi Macarıstanda ikinci oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 üzrə dünya çempionatının iyulun 22-24-də keçirilən on birinci yarışında – Macarıstan Qran-prisində qalib gələn "Mercedes"in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə beşinci qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, on birinci yarışda pilotlar "Hunqarorinq" avtodromunda uzunluğu 4381 metr olan trekdə mübarizə aparıblar.

Luis Hamilton yarışı 1 saat 40 dəqiqə 30,115 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 1,977 saniyə geridə qalan Niko Rosberq (Mercedes) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 16,911 saniyə sonra finişə çatan Daniel Rikkardo (Red Bull Racing, 15 xal) tamamlayıb.

On birinci Qran-pridən sonra "Mercedes"in pilotu Luis Hamilton 192 xalla liderliyi ələ keçirib. Cari mövsümdə beşinci qələbəsini qazanan L.Hamilton bu mərhələdən sonra ikinci pillədə qərarlaşan komanda yoldaşı N.Rosberq ilə xal fərqi 6-ya bərabərdir. N.Rosberqin hesabında 186 xal var. O, indiyədək keçirilən on mərhələdən beşində (Avstraliya, Bəhreyn, Çin, Rusiya, Azərbaycan) qalib gəlib.

Aktivində 115 xal olan Daniel Rikkardo (Red Bul Racing) üçüncü, Kimi Raikkonen (Ferrari) 114 xalla dördüncü və 110 xala sahib olan Sebastian Vettel (Ferrari) isə beşincidir.

Çempionatın növbəti – on ikinci yarışı iyulun 29-31-də Almaniyada keçiriləcək.

Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi "Mercedes"in pilotu Niko Rosberq olmuşdu.

Tarix
2016.07.26 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla