Yuxarı

Türk düşməni Jirinovski Güləni belə təriflədi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə qarşı hər zaman sərt mövqeyi ilə seçilən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin 4 il öncə Türkiyə jurnalistlərinə türk dilində verdiyi müsahibə yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, məhz bu müsahibədə Jirinovski Qafqaz, Qara dəniz regionu, eləcə də Türkiyədəki məsələlərə xüsusi diqqət ayırıb. Məşhur siyasətçi həmin müsahibəsində Qafqazdakı problemlərin Qərb olmadan həll edilməsi gərəkdiyini bildirib:

"Biz bərabər şəkildə çətin bir məqamdan çıxış yolu tapa bilərik. Yalnız dördümüz. Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə. Çünki yalnız biz bu bölgəyə bağlıyıq. Başqa heç kim buraya daxil olmasın. Bizim düşmənimiz eynidir – NATO, ABŞ və Avropa Birliyi. Biz isə qonşuyuq və bu bölgədəki iş birliyimiz uzun illərdir davam edir. NATO-ya nə Gürcüstan, nə də Ukrayna qəbul edilməyəcək. Onlar Rusiyanın gücünü hiss etdilər. Önümüzdəki bir neçə il boyunca hansısa müharibə olmayacaq. Türkiyə ilə Rusiyanın çox yaxşı iş birliyi ola bilər. Bu, həm Qafqazlar, həm də ki Qara dəniz bölgəsinə aiddir. Heç kim Türkiyəni Avropa Birliyinə qəbul etməyəcək. Onlar bunu istəmirlər. Biz isə sizə istədiyinizi verə bilərik".

Müsahibədə ən maraqlı məqam Jirinovskinin Gülən haqqında söylədikləri olub. O, Güləni Mahatma Qandiyə bənzədib:

"Fətullah Güləni Moskvada gözləyirik. O, Türkiyənin ruh zənginliyidir. Bizdə indi belə bir adam yoxdur. Türkiyədə heç vaxt inqilab olmamalıdır. Çünki bu, çoxlu qurbana səbəb olacaq. Gülənin dediyi kimi hər şeyi rahat həll etmək və ruh baxımdan ağılları qazanmaq lazımdır".

Tarix
2016.07.26 / 09:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla