Yuxarı

“Tanrının evi” tapıldı, alimlər araşdırdı və... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tanrının iqamətgahı"nın tapılması mövzusu son zamanlar internetdəki ən məşhur mövzulardan biridir.

Axar.az xəbər verir ki, bu mövzu çoxdan ortaya çıxsa da, illərdir müxtəlif nəşr və saytlar ondan yazmağa davam edir.

Yanında Yer planetinin qum dənəsi qədər kiçik olduğu iddia edilən bu "iqamətgah"ın işıq saçdığı, hələ Bill Klintonun hakimiyyəti dövründə gizli saxlanılmağa çalışılsa da, ictimaiyyətdən gizlədilə bilinmədiyi və nəhəng ölçülərə sahib olduğu məlumdur. Obyektlə bağlı araşdırmalar aparan NASA alimləri onun qalaktika ilə birlikdə Yerin ətrafında hərəkət etdiyini müəyyən edib. Bu, böyük partlayış nəzəriyyəsinə tamamilə uyğun gəlir. Sözügedən nəzəriyyəyə görə, böyük partlayışdan sonra qalaktikalar müxtəlif istiqamətlərə doğru hərəkət edib.

Lakin mütəxəssislər kompüterlərin köməyi ilə "Tanrının iqamətgahı"nın üçölçülü modelini quranda "sürpriz"lə üzləşib. Məlum olub ki, bizim qalaktikamız və bütün digər aləmlər "Allahın iqamətgahı"na nisbətən hərəkət edir, amma "iqamətgah" özü heç yerə tərpənmir. Çünki o, hər qalaktikanın istiqamət götürdüyü kainatın düz mərkəzində yerləşir.

Bu qəribə obyekti Prezident Bill Klinton və Albert Qor uzun müddət müzakirə edib, amma sonda heç bir reallığa uyğun cavab əldə oluna bilməyib. Bu səbəbdən "Tanrının iqamətgahı" haqda olan məlumatların aradan qaldırılması və bu mövzunun gizli saxlanılması qərara alınıb.

Lakin artıq çox gec idi. 1994-ci ildə Hubble kosmik teleskopu vasitəsilə çəkilən fotolar artıq kosmik araşdırmalar mərkəzləri və NASA tərəfindən kopyalanmışdı. Əlbəttə ki, NASA bütün müraciətlərə baxmayaraq, bu mövzuda susmağa üstünlük verdi.

"Tanrının iqamətgahı" çəkilən 3 foto ilə araşdırılır. Fotolardan birində obyekt əlvan qalaktikanın mərkəzində görünür. Foto əlavələrində obyektin quruluşu göstərilib. Təəssüf ki, bu foto Hubble kosmik teleskopu ilə çəkilən NGC3079 qalaktikasının fotosu ilə eynidir və saxtadır. Fotonun orijinalında heç bir iqamətgah yoxdur. Amma olsaydı belə, bizdən 55 milyon işıq ili uzaqda olardı. NGC3079 bizdən məhz bu məsafə uzaqlıqda yerləşir. Əlbəttə uzaqdır, amma kainatın mərkəzi deyil.

İkinci foto daha kobud saxtakarlıqla hazırlanıb. Sözügedən obyekt, sadəcə olaraq bir qalaktika fotosuna süni şəkildə əlavə olunub. Fotonun saxta olduğu qalaktika ilə uyğun gəlməyən və süni şəkildə əlavə edilən "iqamətgah"ın parıltısından tam bilinir.

Üçüncü fotoda obyekt qaranlıq qalaktika fonunda göstərilir və işıq saçır. Amma bu işıq olduqca təktonlu görünür. Hiylə çox sadə çözülür: kimsə daha öncə ağ-qara olan fotonu "rəngləyib".

İlk foto və məlumatlar 1994-ci ilin fevralında NASA-nın saytında deyil, Amerikanın "Vikli Vörld Nyus" qəzetində çıxıb.

Sözügedən qəzet fotoya belə başlıq qoydu: "Hubble kosmik teleskopu cənnətin fotosunu çəkib". Və əlavə məlumat olaraq fotonun 1993-cü ilin 26 dekabrında lentə alındığını yazıb.

Fotonun "Tanrının iqamətgahı" adı ilə paylaşılması sensasiya yaratmaq məqsədi daşıyırdı. Növbəti dərcdə fotoya belə başlıq verildi: "Tanrının harda yaşadığını tapdıq – alimlərin iddiası". Yazının müəllifi Marsiya Messon NASA-nın yüksək vəzifəli nümayəndəsindən sitat gətirərək, "bu, bizim gözlədiyimiz sübutdur" deyə ictimaiyyətə müraciət etdi.

Bu məqalədən sonra yüzlərlə nəşr və qəzet fotoları yayımlamağa başladı. Marsiya Messon obyektin "Tanrının iqamətgahı" olduğunu sübut edən şəxs deyil, ilkin mənbə – yalançı mənbə rolunu oynadı.

Tarix
2016.07.26 / 11:26
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla