Yuxarı

Türk səfir Ermənistanla sərhədin açılmasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Report-un xəbərinə görə, səfir İsmayıl Alpər Coşqun bildirib ki, Azərbaycanın bu mövzuda həssaslıq göstərməsi anlaşılandır: "Digər tərəfdən, çox diqqət etməli olduğumuz bir məsələni də nəzərinizə çatdırım. Bunu ortaya atanların Türkiyə-Azərbaycan münasibətlərinə, Azərbaycan ictimaiyyətinin Türkiyəyə olan etibarına zərbə vurmaq istəyən çevrələrdən olduğu aşkardır".

Səfirin sözlərinə görə, bu kimi mövzularla qarşılaşarkən dərhal reaksiya vermək lazım deyil: "Türkiyə dövlətinin olduqca sabit bir formada verdiyi mesajlara diqqətə etmək lazımdır. Bizim verdiyimiz mesaj isə kifayət qədər açıqdır. Bizim nöqteyi-nəzərimizdən, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalması davam etdiyi müddətdə bölgədə tam normallaşma imkanı yoxdur. Normallaşmanın bir ünsürünün də sərhədlərin açılması olduğunu nəzərə alsaq, bu məsələyə kompleks yanaşmaq lazımdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bu məsələdə Azərbaycanın verdiyi qərar nədirsə, biz onun yanındayıq. Bu torpaqların sülh yolu ilə Azərbaycana geri qaytarılması üçün Türkiyənin üzərinə düşən nədirsə, yenə onu da etməyə hazırıq. Biz Azərbaycanla birlikdə doğrunun yanındayıq. Məsələ sadəcə qardaşlıq münasibəti deyil. Dünyaya da bunu anlatmağa çalışırıq ki, biz nə olur-olsun Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ məsələsi hər iki ölkənin daha güclü formada ortaya çıxacağı bir məsələdir. Bu məsələdə beynəlxalq hüquq da bizim yanımızdadır. Biz bu məsələdə Azərbaycanla birlikdə əvvəlcə təhlükəsizlik məsələsinin həll olunmasının təmin olunmasına çalışacağıq. Bu, mümkün olduğu təqdirdə, bölgədə sözün əsl mənasında normallaşma mövzusundan danışmaq olar".

Tarix
2016.07.26 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla