Yuxarı

Bakının 30 min sakini köçürülür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında reallaşdırılan "Pilot layihə" çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, 1 milyon kv/metrə yaxın yaşayış sahəsi tikilməlidir.

Report xəbər verir ki, bunu Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

A.Ələsgərovun sözlərinə görə, Komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb və bu iş gündəlik olaraq aparılır. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahat olduğunu bildirib.

Komitə sədrinin sözlərinə görə, Qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda məsuliyyətini artırıb: "Bu günə qədər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer olunub. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı doğrultmaq üçün fəal işləmək lazımdır".

Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"la tənzimlənir.

Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran Komitə sədri bu qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarına bildirib.

Tarix
2016.07.26 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla