Yuxarı

Prezidentdən Şirvandakı partlayışla bağlı - Sərəncam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"2016-cı il iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda partlayış baş verib, nəticədə yaralananlar vardır.

Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Faiq Tağızadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Mərdan Camalov – Şirvan şəhər icra hakimiyyətinin başçısı

2. Dövlət Komissiyası:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

- hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;

- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Tarix
2016.07.26 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla