Yuxarı

Ermənistan MTX: "Daha sərt tədbirlər görəcəyik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır. Ona görə də yeni cinayət hallarının qarşısını almaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti konkret situasiyanın diktə etdiyi kimi sərt tədbirlər görməyə məcbur olacaq.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir.

"Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq".

Qeyd edək ki, iyulun 17-dən "Sasna çrer" silahlı qrupu Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır.

Tarix
2016.07.26 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla