Yuxarı

Tərtərdə tank əleyhinə mina tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 26-da Ağdam rayonunun Əfətli, Tərtər rayonunun Şıxarx kəndlərində əkin sahələrində partlayış yerlərinə baxış keçiriblər. Nəticədə partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Cəmi 14 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Tərtərin Şıxarx kəndində minatəmizləmə əməliyyatları aparılan sahədə TM-57 tank əleyhinə 1 mina aşkar edilib. Daşınması mümkün olmadığına görə mina işarələnərək növbəti gün yerində zərərsizləşdiriləcək.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7–dən iyulun 26-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 631 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib.

Nəticədə 3454 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç "POMZ-2", bir "OZM-72" və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.07.26 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla