Yuxarı

MSK-dan mühüm qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında Təlimata dəyişikliklər edilməsinə dair qərar verib.

Axar.az həmin qərarı təqdim edir:

"Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyul 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında Təlimat"a aşağıdakı dəyişikliklər edilsin:

1.1. Təlimatın adında "seçkilərinin" sözündən sonra "və referendumun" sözləri əlavə edilsin;

1.2. 1.3-cü bənddə "seçki" sözündən sonra "(referendum)", "məntəqəsi" sözündən sonra "(bundan sonra seçki məntəqəsi)" sözləri əlavə edilsin;

1.3. 2.2-ci bəndin 3-cü cümləsində "seçkiləri" sözündən sonra "və referendum", 4-cü və 5-ci hissələrdə müvafiq olaraq "səsvermənin" sözündən sonra "(referendumun)" sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 yanvar 2009-cu il tarixli 1/4-4 saylı Qərarı ilə təsdiq edilmiş "Referendum zamanı Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermənin təşkili haqqında Təlimat" qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin".

Tarix
2016.07.26 / 21:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla