Azərbaycanla bu sahədə güclərimizi birləşdirməliyik
10:17
Ana səhifə Planet |
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı Mərmərə otelində Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd həyata keçirməkdə ittiham olunan 7 qiyamçının istintaqa verdiyi ifadələrin bəzi detalları üzə çıxıb.
Axar.az xəbər verir ki, yaxalanan 7 xain hərbçi digər 18 qiyamçı ilə sonuncu dəfə Çetibeli bölgəsində görüşdüklərini və təslim olub-olmamaqla bağlı müzakirə apardıqlarını bildiriblər.
Tutulan qiyamçılar ifadələrində SAT və xüsusi təyinatlı qüvvələrin tərkibindəki FETÖ-cuların təslim olmayacağını bildiriliblər. Hətta bəzilərinin intihar edəcəkləri də vurğulanıb.
Məlumata görə, bu dindirilmədən sonra hüquq-mühafizə orqanları bölgədəki vətəndaşlara xəbərdarlıq ediblər.
Xatırladaq ki, 7 qiyamçı Mərmərə bölgəsinin Çetibeli ərazisində yaxalanmışdı.
Tarix
2016.07.26 / 22:21
|
Müəllif
Kamran Ədalət
|