Yuxarı

Rusiyadakı işsizlərin sayı açıqlandı - Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 954 842 nəfər işsiz kimi dövlət qeydiyyatındadır.

Report-un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu rəqəmi ölkənin Əmək Nazirliyi açıqlayıb.

Qurumun məlumatına əsasən, iyulun 13-dən 20-dək bir həftə ərzində işsiz statusu olan ölkə vətəndaşlarının sayı 0,1% azalıb. Ölkənin ayrı-ayrı regionları üzrə vəziyyət isə fərqlidir. Belə ki, işsizlərin sayı 39 regionda azalıb, 42 regionda isə artıb. Novosibirsk, Tomsk, Nijeqorod vilayətlərində, eləcə də Tatarıstanda dəyişiklik olmayıb.

Rusiyada işsizlər əmək qabiliyyətli əhalinin 1,2%-ni təşkil edir. Bu nisbət 2015-ci ilin iyul ayında 1,3% olub. İşsiz statusu verilmiş insanların təqribən 80%-nə aylıq müavinət ödənilir.

Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında aparılan hesablamalar isə Rusiyada işsizlərin sayının 4 mln.-dan çox olduğunu göstərir. Bu, əmək qabiliyyətli əhalinin 5-6%-i deməkdir.

Tarix
2016.07.26 / 23:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla