Yuxarı

Qərb Türkiyəni Rusiya ilə yaxınlaşdırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra hadisələr hazırda Rusiya və Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafına təkan verir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə liderləri avqust görüşündə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini təyin edəcəklər:

"Liderlərin görüşündə birmənalı şəkildə iki ölkə arasında strateji tərəfdaşlığın formatı əsas müzakirə predmeti olacaq. Hazırda baş verən bir sıra siyasi proseslər Rusiya və Türkiyəni daha sıx əlaqələrə vadar edir. Qərbin Türkiyəyə qarşı sərgilədiyi mənfi baxışlar, eyni zamanda, Avropa paytaxtlarından Türkiyənin ünvanına səsləndirilən tənqidi bəyanatlar fonunda Moskva və Ankara daha da yaxınlaşacaq. Bu isə regionda müəyyən mənada stabilliyin güclənməsinə səbəb ola bilər".

Politoloq sözügedən siyasi amilin və yaranmış zəminin Qarabağ məsələsinə təsirlərindən də söz açıb:

"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırda birmənalı fikir söyləmək çətin olsa da, hər halda, Rusiya son zamanlar Azərbaycana qarşı müəyyən mülayim mövqe nümayiş etdirir. Türkiyə isə müttəfiqimizdir. Bu iki gücün daha da sıx əlaqələri Qarabağ məsələsində müsbət bir amilə çevrilə bilər".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Su-24 olayından sonra ilk dəfə Sankt-Peterbuqrda avqustun 9-da bir araya gələcəklər.

Tarix
2016.07.27 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla