Yuxarı

Türkiyədə qiyamçılara inanlımaz cəza veriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Universitetinin professoru, Türkiyə Cəza Qanununu hazırlayanlardan biri - Adəm Sözüər 246 nəfərin ölümünə səbəb olan hərbi çevrilişə cəhddə iştirak etmiş şəxslərin ömürlük həbs cəzası alacağını açıqlayıb.

Axar.az xəbər verir ki, professor edam cəzası tətbiq olunsa belə, bunun qiyamçılara şamil edilməyəcəyini deyib:

"Edam cəzası tətbiq olunsa, bu qərar çevrilişə cəhddə iştirak etmiş şəxslərə aid edilə bilməz. Çünki hər kəs cinayəti törətdiyi zaman qanunda hansı cəza varsa, onunla mühakimə oluna bilər. Digər tərəfdən Avropa Razılaşmasına görə, ölüm cəzası olan ölkələrə cinayətkarlar ekstradisiya oluna bilməz. Yəni ABŞ Güləni Türkiyəyə ekstradisiya etməyəcək.

Atacağımız hər bir addım bizi dünyada haqsız duruma sürükləyə bilər. Demokratik dəyərləri ləkələyəcək bir addım atmamalıyıq. Soyuqqanlı olmalıyıq. Ölüm cəzası nə çevrilişləri, nə də cinayətləri əngəlləyə bilər.

Ancaq qiyamçılar həm çevriliş, həm də terrorçu maddələri ilə mühakimə olunacaqlar. Bu çevriliş cəhdini idarə edən təşkilat silahlı təşkilatdır. Hər bir ölüm üçün, yəni 246 şəhidin hər birinə görə ayrıca ömürlük həbs cəzası veriləcək".

Professorun sözlərinə görə, çevrilişdən xəbəri olmayan, lakin komandirin əmrinə tabe olaraq silahlı birləşmələrə qatılan hərbçilər əfv ediləcək:

"Əmr dəmiri kəsər, deyə bir söz var. Hərbi qanunlara görə, əmr müzakirə edilə bilməz. Çevriliş cəhdində aldandıqları açıq-aşkar ortada olan şəxslər mühakimə olunmayacaq. Şübhəlilər üçün dava açılacaq, lakin sübut olmasa, onlar da bəraət alacaq".

Komandirin "vur" əmrinə tabe olub mülki vətəndaşlara atəş açan hərbçilər isə sərt şəkildə cəzalanacaq:

"Əsl məsələ də budur. Cəza qanunu bir əmr cinayətə yol açarsa, yerinə yetirilə bilməz, deyir. Əmr verildi deyə, qadınlara təcavüz etmək olarmı? Törədibsə, cinayətdir. Aldadıldıqlarını düşünək: qarşılarında mülki vətəndaş olduğunu görmürdülərmi? Komandir buna rəğmən, "vur" əmri verirsə, məsuliyyət vuran adamın üzərinə düşür. Burada qətliam edilib. Ancaq tətik çəkən çox az hərbçi olub".

Tarix
2016.07.27 / 11:41
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla