Yuxarı

Zığ-Hövsan yolu yenidən qurulur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu salınarkən o vaxtki hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilmişdi. Hazırki hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə sözügedən avtomobil yolu ilə hərəkətdə müəyyən problemlər yaşanıb.

Bir müddət bundan öncə avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların normal, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Azəravtoyol ASC tərəfindən yolun yenidən qurulması işlərinə başlanılıb.

24.5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6.8 km yolun 1.1 km-i Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib.

Burda ayrıcı zolağın eni 4 m, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 m olmaqla yol yatağının eni 35 m-dir. Yol boyu hər iki istiqamət üzrə 2 m enində səkilər və 400 m uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.

Tarix
2016.07.27 / 12:08
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla