Yuxarı

Ərdoğan referendum keçirə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi hazırda Türkiyə rəsmi nümayəndə heyətinin Moskvada keçirdiyi görüşlərin əhəmiyyətindən söz açıb:

"Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək. Birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə inkişaf edəcək. Hər iki ölkə "Türk axını" layihəsinə yenidən qayıdır, vizasız səfərlər məsələsi də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyuqlaşmasından məharətlə istifadə edəcək. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da ölkəsinə dəvət edib. Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Bu o anlama gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması ətrafında fikir mübadiləsinin aparılması mümkündür.

İkncisi, Ərdoğanın yaxın aylarda Türkiyədə Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirəcəyi istisna deyil. Çünki Brüssel Ankaraya tənqidlərini artıracaq".

Tarix
2016.07.27 / 12:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla