Yuxarı

Zakir Həsənov Gəncəyə getdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qurum rəhbərliyi Gəncə şəhərində yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda gedən tikinti işlərinin keyfiyyəti ilə maraqlanıb.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və avtomobil texnikalarına baxış keçirib.

Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Tarix
2016.07.27 / 12:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla