Yuxarı

ASC-də ciddi nöqsanlar aşkarlandı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası Meliorasiya və Su Təsərrüfatı ASC-də aparılan audit nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, qurumun həyata keçirdiyi "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" layihəsi üzrə vəsaitlərdən istifadədə ciddi nöqsanlar aşkarlanıb.

Layihənin qiyməti ilkin olaraq 114,3 mln. dollar məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80 mln. dollar, Azərbaycan hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 mln. dollar nəzərdə tutulub.

Layihənin əsas məqsədi onunla əhatə olunan kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsi olub. Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 mln. dollar məbləğində, yəni layihənin qiymətinin 79,2%-i həcmində vəsait istifadə edilib. Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb.

Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən (inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməyib.

Layihənin həyata keçirilməsi üzrə İşçi qrupu (LHKQ) ilə layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr bağlanılmadığı müəyyən olunub. Bununla yanaşı, layihə çərçivəsində bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib.

Eyni zamanda, layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmamasıdır.

Cəmiyyətin SİB-lər üzrə nəzarət bölməsinin potensialının artırılması (gücləndirilməsi), bu bölmənin fəaliyyətinin Layihənin Mərkəzi Dəstək Qrupu (MDQ) və LHKQ ilə sıx koordinasiya edilməsi, SİB-lərin "Meliorasiya və irriqasiya haqqında" qanunun tələblərinə müvafiq fəaliyyət göstərməsi tam təmin edilməyib.

17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul edilmiş 15 mln. 269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib.

Eyni zamanda, layihənin hədəf göstəricilərinə nail olunması vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki, 2015-ci ilin sonuna nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə tam, keyfiyyət göstəricilərinə isə qismən nail olunub. Belə ki, layihənin əsas nəticə göstəricilərinə (hədəflərinə) nail olunmasının qiymətləndirilməsi üzrə əhatəlilik, müvafiq uçot və müqayisələrin dəqiq aparılması, müvafiq nəticə göstəriciləri üzrə layihə ilə əhatə edilən SİB-lərdə məhsuldarlığın artımı, əkinlərin suvarma suyuna olan tələbinin təmin edilməsi, suvarma xidmət haqqının yığım faizinin artırılması, habelə SİB-lərin potensialının gücləndirilməsi tədbirlərinin davamlılığı tam təmin edilməyib.

APA-nın məlumatına görə, Hesablama Palatasının kollegiyası Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən həyata keçirilən "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" layihəsi üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Tarix
2016.07.27 / 13:37
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla