Yuxarı

Dollar sürətlə ucuzlaşmağa başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.

APA xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. "Blumberq" agentliyinin sorğu keçirdiyi ekspertlər isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.

Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.

Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb.

Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib.

Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.

Tarix
2016.07.29 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla