Yuxarı

UNO-ların insanları oğurlaması haqda real - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəqin ki, çoxları bir sıra canlıların heç bir izahı mümkün olmayan şəkildə Yer üzündən qeyb olması faktı ilə rastlaşıb.

Axar.az xəbər verir ki, bu haqda yadplanetlilərin adamları oğurlaması faktından bəhs edən bir Yutub video paylaşımında danışılır.

Videoda deyilir ki, bir müddət əvvəl səssiz-səmirsiz itən heyvanları da yadplanetlilərin oğurladığı haqda fərziyyələr dolaşırdı.

Ən çox itənlər isə inəklər idi. Onlar bir müddət sonra yenidən peyda olurdu, amma gözləri, qulaqları, burunları qopardılmış vəziyyətdə.

Araşdırmalar göstərdi ki, bu heyvanların bəzi orqanları bədənlərindən yüksək texnologiya və lazer vasitəsilə ayrılıb. Sözügedən hadisələr əsasən 1988-ci illərdə baş verib. Skeptiklər bu hadisələrə bir izah tapa bilmir.

1994-cü ildə tapılan naməlum kişi cəsədi dünya ictimaiyyətində böyük bir təəccüb yaratdı. Cəsədin üzərində qətlə yetirilməsi ilə bağlı heç bir fakt olmasa da, onun üzərində çoxsaylı əməliyyatların sübutu olan kəsiklər tapıldı.

Aparılan araşdırmalar göstərdi ki, kəsikləri meydana gətirən cərrahi əməliyyat olduqca ehtiyatlı, professional şəkildə və qısa zaman kəsiyində aparılıb.

Cəsədin sol gözü, sol qulağı, dodaqları, sol qaşı xüsusi lazer texnologiyası vasitəsilə çıxarılmışdı. Cəsədin sinəsində iki iri dəlik var idi.

Bədənin müxtəlif hissələrindəki diametri 3-4 sm olan dəliklərdən əzələlər çıxarılmışdı. Orqanların çoxu da bu balaca dəliklər vasitəsilə bədəndən xaric edilmişdi.

Bədənin çox ləng çürüməsi, qan izlərinin və axıntılarının az olması yadplanetlilər tərəfindən qaçırdılan inəklərdə olan əlamətlərlə eyni idi.

Trevis Voltonun qeybə çəkilməsi

Tarixdə ən çox danışılan hadisələrdən biri də Trevis Voltonun qeyb olmasıdır.

1975-ci ildə ABŞ-ın Arizona ştatında meşədə ağacqıranlar işləyir. Onlar göy üzündə böyük, işıqsaçan disk formalı obyekt görürlər. Fəhlələrdən biri Trevis Volton maraq üçün dəstədən ayrılaraq diskin altında dayanır. Bir anın içində diskdən çıxan ildırım tipli elektrik Trevisi vurur. Bunu görən fəhlələr qaçmağa başlayır. Sonradan onlar polislərlə hadisə yerinə qayıdanda Trevisdən əsər-əlamət görmürlər.

Trevisin axtarışı bir həftə davam etsə də, heç bir nəticə verməyib. Amma bir gün gözlənilmədən Trevis sağ-salamat peyda olur və çox qəribə şeylər danışmağa başlayır. O, diskdən çıxan mavi rəngli məxluqların onu özləri ilə apardıqlarını deyir. Psixoloq, polis və yalan detektoru işə qarışandan sonra Trevisin cəfəngiyyat danışmadığı məlum olur.

Qeyd edək ki, elm adamları hələ ki, bu tip hadisələrə heç bir dəqiq elmi izah verə bilməyiblər.

Daha ətraflı videoda:

Tarix
2016.07.29 / 21:31
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla