Yuxarı

"Qarabağ"ı qiymətləndirməyə bilmərik - Kopiç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim üçün Çempionlar Liqası daha əhəmiyyətlidir. Ancaq daxili çempionatdakı mübarizədən də çəkinmək istəmirik. Mövsümün ilk matçında "Jihlava" ilə qarşılaşacağıq. Bu oyun da bizim üçün asan keçməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri "Viktoriya"nın futbolçusu Yan Kopiç klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la keçirəcəkləri cavab görüşü haqda da danışan 26 yaşlı futbolçu bunları bildirib:

"Bizim geniş heyətimiz var. Baş məşqçi heyətdə müəyyən dəyişikliklər edə bilər. Biz bir komandayıq və oynamaq istəyirik. Əgər baş məşqçi heyətdə dəyişiklik etsə, meydana çıxacaq hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. "Qarabağ"ı qiymətləndirməyə bilmərik. Cavab matçında hər birimiz maksimum gücünü ortaya qoyacaq. Çünki qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.

Tarix
2016.07.30 / 01:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla