Yuxarı

Sərkisyanın böyük şousu: İrəvan müharibə istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hər zaman olduğu kimi, Paris görüşündə də hansısa bir bəhanədən istifadə edərək Qarabağla bağlı qərarların qəbulundan qaçmağa çalışacaq.

Bu sözləri millət vəkili Asim Mollazadə Axar.az-a açıqlamasında deyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin Fransada gözlənilən növbəti görüşünü şərh edib:

"Aprel hadisələrindən sonra Sankt-Peterburq görüşü danışıqlar prosesinin intensivləşməsi istiqamətində mühüm bir mərhələnin başlanğıcı oldu. Azərbaycan və Ermənistan prezidentləri bu dəfə Fransada bir araya gələcəklər. Regiondakı vəziyyət artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret addımların atılmasını labüd edir. Ancaq Ermənistan hər zaman olduğu kimi, Paris görüşündə də hansısa bir bəhanədən istifadə edərək Qarabağla bağlı qərarların qəbulundan qaçmağa çalışacaq. İnanmıram ki, Ermənistan sülh istiqamətində hansısa addımlar atsın".

İrəvanda baş verən son olaylardan danışan millət vəkili bildirib ki, Ermənistan yenə beynəlxalq ictimaiyyəti aldadır:

"Hazırda Ermənistanda çox böyük bir şou təşkil olunub. Guya ASALA və digər terror təşkilatları sülhə qarşıdır və bu, sabitliyi poza bilər. İrəvan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldadır. Mənə elə gəlir ki, bunun əsas səbəbi Ermənistanın sülhdən boyun qaçırması və Azərbaycan torpaqlarını azad etmək istəməməsi ilə bağlıdır. Görünür, Sərkisyan bu kimi təxribatların nə ilə nəticələnəcəyinin fərqində deyil".

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.

Tarix
2016.07.30 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla