Yuxarı

Ermənilərin daha bir saxtakarlığı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin təsis etdiyi "İrəvan – 2018" Hərəkatı "Müasir erməni arxeoloqlarının və antropoloqlarının saxtakarlığı" adlı dəyirmi masa keçirib.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Birliyin və "İrəvan - 2018" Hərəkatının sədri Zaur Qəriboğlu tədbirin məqsədinin diqqəti Qərbi Azərbaycanda aparılan tarixi araşdırmalar və qazıntılar zamanı ermənilərin törətdikləri saxtakarlıqlara çəkmək olduğunu deyib.

"Xəbərimiz var ki, ermənilər qədim abidələrimizi dağıdır və ya erməniləşdirirlər. Halbuki bu ərazidə mövcud olan heç nəyin onlara dəxli yoxdur. "İrəvan - 2018" Hərəkatı olaraq biz dünyaya məhz bu məsələni təqdim etmək niyyətindəyik".

Daha sonra məruzəçi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Elmi ekspozisiya şöbəsinin əməkdaşı Pərviz Elay çıxış edərək qədim, əzəli və əbədi türk yurdu olan bu torpaqlarda mövcud abidələrin tarixindən, onların qədimliyindən danışıb. O bildirib ki, burada hər yerdə türkün izinə rast gəlməyimizə baxmayaraq, ermənilər ən qədim abidələri belə erməniləşdirməkdən çəkinmirlər: "Qərbi Azərbaycanın tunc dövrü abidə və tapıntılarına baxanda görürük ki, ermənilər nə qədər saxtakarlaşdırmağa çalışsalar da, bu torpaqlar bizim izlərimizi daşıyır".

Sonda "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək, "İrəvan - 2018" Hərəkatının ictimaiyyətimiz üçün daşıdığı önəm haqqında mülahizələrini bildirib. O, "İrəvan - 2018" Hərəkatının sədri Zaur Qəriboğlunu və "İrəvan 2018" Hərəkatının sədr müavini Oktay Hacımusalını İctimai Birliyin təsis etdiyi "Fədai" medalı ilə təltif edib.

Tarix
2016.07.30 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla