Yuxarı

İrəvanın eyni senaridə III şousu: Sərkisyan unudur ki…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və işğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarəti altında qalmasına dözmək fikri yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə İrəvanda baş verən hadisələrə münasibət bildirərkən deyib. O, düz iki dəfə planlı şəkildə Dağlıq Qarabağ probleminin ehtimal edilən həllinin qeyri-müəyyən dövrə saxlanılmasından söz açıb:

"1996-cı ilin sonuna yaxın Azərbaycan ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdı. Ermənistanın o zamankı baş naziri, Azərbaycanın işğal edilmiş zonalarında səhra komandiri olmuş Robert Köçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar və Ermənistan Prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu. 1999-cu ildə Azərbaycan və Ermənistan yenidən problemin həllinə çox yaxınlaşdı. Ancaq həmin ilin oktyabrında bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum etdi və 8 nəfəri, o cümlədən, həmin dövrdə ölkədə nüfuz sahibi olan Baş nazir Vazgen Sərkisyanı və spiker Stepan Dəmirçiyanı qətlə yetirdi. Buna bənzər ssenarilər indi də davam edir".

Millət vəkili son günlər prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı bir dövrdə İrəvandakı hadisələrin əsl mahiyyətini açıb:

"Bu ilin aprelində Ermənistan-Azərbaycan cəbhə xəttindəki hərbi əməliyyatlar və Azərbaycanın hərbi uğurlarından sonra İrəvan kompromislərə hazır olduğunu elan etdi. May və iyunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirildi, Rusiyanın diplomatik fəallığı artdı. Son günlər isə prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı vaxtda, 17 iyulda bir qrup silahlı şəxs İrəvanın mərkəzində yol polisinin post-patrul xidmətinin binasını ələ keçirir. Təsadüfən isə orda Ermənistan polisinin rəis müavini, general rütbəli şəxs də olur. Saxlanan girovlar tədricən azad edilir, ancaq bina yenə də silahlıların əlində qalır. Çox müəmmalıdır ki, dövlət bir qrup silahlını oradan günlərlə çıxara bilmir. Bu nədir? Ermənistan üçün adi bir kriminal hadisə, yoxsa Ermənistan "dağlıqqarabağşünaslarının" Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq üçün istifadə etdikləri köhnə üsul? İrəvanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və işğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarəti altında qalmasına dözmək fikiri yoxdur".

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.

Bir müddət öncə "Yeni Ermənistan" İctimai Xilas Fondunun lideri Jirayr Səfilyanın tərəfdarları Erebunidəki Patrul-mühafizə alayının binasına hücum ediblər. Binanı ələ keçirən qiyamçılar J.Səfilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər. Daha sonra siyasi müxalifət silahlılara dəstək verib.

Tarix
2016.07.30 / 12:34
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla