Yuxarı

Azərbaycanda qeyri-adi ev – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 minə yaxın çaynikdən və çini qabdan istifadə olunan ev qeyri-adi bir görkəmə sahibdir.

Axar.az Region TV-yə istinadən xəbər verir ki, 31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edilib. Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü hər kəsi heyran qoyur.

Azərbaycanda analoqu olmayan evdən çoxlarının xəbəri yoxdur. Onu fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər çini qablarla hörülməsidir. Ona görə də yerli sakinlər bu qeyri-adi evə elə "çaynikli ev" deyiblər.

Bu qədər qabın hardan və necə toplanması çoxları üçün maraqlıdır. Evin hazırki sakinlərinin dediklərinə görə, tikilinin keçmiş sahibi 1970-80-ci illərdə uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb. İstehsal prosesinə yararsız sayılan məhsullardan da səmərəli istifadə edib.

Evin ərsəyə gəlməsində təqribən 5 minə yaxın çaynikdən və çini qabdan istifadə olunub. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır.

Ev sakini deyir ki, hələ Gəncənin özündə buranı az adam tanıyır. Yerli sakinləri, həm də turistləri öz fərqliliyi ilə cəlb edən, heyrətə salan bu ev, təəssüf ki, hazırda yox olmaq təhlükəsi ilə üzləşib. Bəzi hörgülər uçmağa başlayıb. Ev sakinləri nə qədər çalışsalar da, evi qorumağa güclərinin çatmadığını deyirlər. Onlar aidiyyəti qurumların köməyinə ümid edirlər.

Tarix
2016.07.30 / 12:42
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla