Ana səhifə Planet |
BMT Təhlükəsizlik Şurası təhlükəsizlik qüvvələrinin Burundiyə yeridilməsi barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, Fransanın hazırladığı qərarı 11 ölkə dəstəkləyib. Çin, Anqola, Misir və Venesuela isə bitərəf qalıb.
Qanun layihəsi Burundiyə 228 nəfərdən ibarət qrupun göndərilməsini nəzərdə tutur.
Fransanın BMT-dəki daimi təmsilçisi Fransua Delattre vəziyyətin daha da gərginləşməməsi üçün qəbul edilən qərarın vacib olduğunu deyib:
"Təhlükəsizlik qüvvələrinin gözünün və qulağının Burundidə olması lazımdır".
Burundi hökuməti isə bu sayın 50 ilə məhdudlaşmasını, 50-dən artıq BMT qüvvəsini ölkəyə buraxmayacağını açıqlayıb.
Xatırladaq ki, Burundi Prezidenti Pyer Nkurunziza bu ilin aprelində 3-cü dəfə seçkilərdə namizəd olacağını açıqlayıb. Bu hadisədən sonra keçirilən nümayişlər zamanı 400 nəfərdən çox vətəndaş həlak olub, 200 mindən artıq sakin evini tərk etmək məcburiyyətində qalıb.
Tarix
2016.07.30 / 14:12
|
Müəllif
Hacı Qulu
|