Yuxarı

Maliyyə Nazirliyi bu fonda zamin durdu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. İclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) Mərkəzi Bankı (AMB) tərəfindən ayrılacaq 100 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı AMB-nin müraciətinə baxılıb.

Axar.az nazirliyə istinadən xəbər verir ki, kollegiya əmanətçilərin hüquqlarının qorunması, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsi, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq ƏSF-yə Mərkəzi Bank tərəfindən ayrılacaq 100 mln. manat məbləğində kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

Qeyd olunub ki, AMB tərəfindən ƏSF-yə kreditin verilməsi ləğv edilmiş 4 bankın – "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank" ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədi daşıyır.

Tarix
2016.07.30 / 18:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla