Yuxarı

Çevriliş planında BƏƏ-nin rolu: Dəhlan ssenarisi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 15 iyul gecəsi hərbi çevriliş həyata keçirməyə çalışan FETÖ-cular Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlıq edib. BƏƏ "Fəth" təşkilatının lideri Məhəmməd Dəhlanın vasitəsilə qiyamçıları maliyyə dəstəyi ilə təmin edib.

Axar.az xəbər verir ki, bu iddianı "Qardian" qəzetinin keçmiş redaktoru Devid Herst irəli sürüb.

Onun sözlərinə görə, qiyamçıların uğursuzluğa düçar olduğunu görən Dəhlan Misirə qaçıb:

"BƏƏ çevriliş cəhdindən 16 saat sonra bu hadisəni qınadığını açıqladı. Fələstində doğulan Dəhlan qeyri-qanuni fəaliyyətindən dolayı ölkəsində sevilmir. O, Türkiyəyə qarşı olan BƏƏ tərəfindən bir müddət himayə edilirdi. FETÖ-cuların uğursuz çevriliş cəhdindən sonra Misirə qaçdığı deyilir. Fəth lideri daha öncə Yasir Ərəfata sui-qəsd planı həyata keçirməsi iddiası ilə gündəmə gəlmişdi. Bu səbəbdən Fələstindən qaçmağa məcbur olmuşdu. BƏƏ-nin siyasi elitalarından əldə edilən məlumata görə, Misirn keçmiş lideri Məhəmməd Mursiyə qarşı həyata keçirilən çevrilişin ssenarisinin eynisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana tətbiq edilməli idi".

Qeyd edək ki, "Fəth" lideri Məhəmməd Dəhlan anti-HƏMAS mövqeyi ilə tanınır və onun İsraillə yaxın əlaqədə olduğu deyilir.

Tarix
2016.07.30 / 18:38
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla