Yuxarı

18 tondan çox çətənə kolu məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər cari ilin ötən dövründə də uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, cari il iyulun 21-22-də respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-Xaş 2016" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair 22 fakt müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 450 kiloqram olan 4187 ədəd çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazidə 17 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 18 ton 510 kiloqram olan 11 min 973 ədəd çətənə kolları da aşkar olunaraq məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir.

Tarix
2016.07.30 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla