Yuxarı

Naxçıvanda insan alveri olmayıb - Talıbov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Argentina Şabadoş ilə görüşüb.

Report xəbər verir ki, Ali Məclisin sədri Naxçıvanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkür edib. Muxtar respublikada bu sahədə problemlərin olmadığını və cinayət faktının qeydə alınmadığını bildirən Ali Məclisin sədri qadınların cəmiyyətdəki rolunun artırılması və məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən bəhs edib.

Naxçıvana səfərin onda xoş təəssürat yaratdığını bildirən Argentina Şabadoş muxtar respublikada insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə ölkə direktoru Mikayela Meredit və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç görüşdə iştirak ediblər.

Tarix
2016.07.30 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla