Axtarışda olan daha bir şəxs ölkəyə ekstradisiya edildi
13:52
Ana səhifə Toplum |
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə
gecə 04.30 radələrində Bakı-Qazax əsas magistral yolunun 204-cü
kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən
hissəsində baş verib. Hacıqabul rayon sakininin yol kənarında
saxladığı MAN markalı maşınına, 1953 təvəllüdlü Sabir Əsəd oğlu
Paşayevin idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə "KamAZ" markalı maşının sürücüsünün sıxılmış meyitini hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisini Təhqiqat və İstintaq Şöbəsində araşdırma aparılır.
Tarix
2016.08.12 / 09:15
|
Müəllif
Aytac Qədirova
|