Yuxarı

İsrailin müdafiə naziri Bakıya dəvət olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 11-də Təl-Əvivdə İsrailin Müdafiə naziri Aviqdor Liberman Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, görüşdə nazir A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təçkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumları barədə geniş məlumat verilib.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir.

A.Liberman Azərbaycan və İsrail dövləti arasındakı dostluq münasibətlərindən, Azərbaycanda yaşayan yəhudi icmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir Aviqador Libermanı gələn il Bakı şəhərində keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət edib.

Qeyd edək ki, 2016-cı ilin may ayında İsrailin müdafiə naziri təyin olunan Aviqdor Liberman daha öncə İsrailin Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Xarici İşlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.

Tarix
2016.08.12 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla