Tiflisdə etirazlar: Qarşıdurma başlandı - Video
00:01
Ana səhifə Planet |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə görüşü zamanı İŞİD terror qruplaşması ilə bağlı "İslam dövləti" ifadəsini işlədən amerikalı jurnalistə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, Bayden xanım jurnalistin İŞİD-lə bağlı sualını cavablandırdıqdan sonra Ərdoğan narazılığını ifadə edib.
"Buradakı xanım bir ifadə işlətdi. Onunla bağlı fikrimi bildirmək istəyirəm. İslam dövləti dediyimiz zaman, oradan terror çıxmaz. Terror qruplaşması İŞİD-dir, İslam dövləti deyil", - Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün rəsmilər arasında iki saat yarım davam edən görüş baş tutub.
Tarix
2016.08.24 / 22:48
|
Müəllif
Kamran Ədalət
|