Yuxarı

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 17 yaşlı yeniyetmə qızın dünya tibbi üçün inanılmaz sayılacaq bir səbəbdən – narkozun düzgün verilməməsindən dünyasını dəyişməsi və buna bənzər bir-birinin ardınca baş verən hadisələr, pasientlərin həkim səhlənkarlığından ölüm hallarının artması ciddi narahatlıq doğurur. Cəmiyyətdə rezonans yaradan, ölkə səhiyyəsinə inamsızlıq doğuran bu cür səhlənkar, məsuliyyətsiz həkimlərin qarşısının alınması artıq günümüzün vacib probleminə çevrilib. Son illər bu problem niyə bu qədər şişib və hüquq bu problemin qarşısını necə almalıdır?

Əlbəttə, bu cür ölümlərin statistikasının artmasının əsas səbəbi demoqrafik artım deyil, savadsız və təcrübəsiz həkimlərin heç nədən çəkinməməsi və insanların həyatına qıyacaq risklərə getməsidir. Onlar ona görə "cəsarətlə" bu riski edir ki, bu cür ehtiyatsızlıqdan adam öldürən həkimlərin və onların çalışdıqları klinikaların məsuliyyəti qanunvericiliyimizdə tam müəyyənləşməyib. Avropa yurisdiksiyalarında klinikalar həkimin səhvinə görə maddi məsul hüquqi şəxs kimi məsuliyyətə cəlb edilirlər və ölənlərin yaxınlarına həddən artıq böyük (yüz min dollarla ölçülən) məbləğdə kompensasiyalar ödəyirlər. Bu cəza isə klinikaları müqavilə bağladıqları həkimləri daha ciddi araşdırmağa və daha peşəkarlarla işləməyə sövq edir.

Həkimlərin də maddi məsuliyyəti ilə bərabər, cinayət məsuliyyətinin artırılmasına zəruri ehtiyac yaranıb, çünki başqa cür bu ölüm hallarının qarşısını almaqda hüquq çarəsizdir. Hazırda Azərbaycan Cinayət Məcəlləsindəki 124-cü maddə (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) təqsirli həkimlərə ədalətli cəza nəzərdə tutmur. Həmin maddənin 1-ci bəndinə görə, bir insanı ehtiyatsizliqdan öldürmə çox yüngül cəzalarla (cərimə, şərti cəza və ən ağırlaşdırıcı halda, üç ilədək azadlıqdan məhrumetmə ilə) cəzalandırılır. Müqayisə üçün qeyd etmək istəyirəm ki, bir maşın sürücüsü bir şəxsin ölümünə səbəb olarsa, onun cəzası daha ağırdır – 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Halbuki sürücünün təqsiri daha ani və qısadır; həkimin isə daha uzun düşünmə imkanı vardır.

CM-in 124-cü maddəsinin əskik tərəfi də budur – həkim səhvinin dərəcəsini nəzərə almadan, ağır ehtiyatsızlıq formalarında belə 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Halbuki bu maddənin də ədalətli cəza hissəsi, CM 263.2-də olduğu kimi, azı 2 ildən başlamalı idi.

Sual oluna bilər ki, bəzən valideyinlər ehtiyatsızlıqdan övladların ölümünə səbəb olurlar; onsuz da yıxılmış valideyn üçün ayrıca azadliqdan məhrumetmə cəzasının verilməsi qeyri-insanı olmazmı?

Unudulmamalıdır ki, belə hallarda məhkəmə şərti cəzadan istifadə edəcək.

Səhlənkar həkimlərin adekvat cəzalanması üçün hüquqi baza yaratmasaq, bu cür həkimlər doğmalarımızı öldürməklə bizi cəzalandırmağa davam edəcəklər.

Tarix
2016.08.24 / 23:05
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

Lamiyə niyə aktuallaşdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla