Yuxarı

Bu günə qədər nə baş veribsə... - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maribor" haqqında necə düşünürdüksə, Bakıda da eyni komandanı gördük. İlk matçda bizə qarşı ciddi, təşkilatlanmış və təcrübəli bir rəqib var idi. Real futbol oynamağı bacaran bir komanda ilə qarşılaşmışdıq.

APA-nın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə "Maribor"la qarşılaşacaq əyalət klubunun ukraynalı çalışdırıcısı oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: "Düşünürəm ki, sabah rəqibimiz daha güclü olacaq. Çünki bildiyimə görə, burda komandanı çox böyük azarkeş kütləsi dəstəkləyir. Onların çox gözəl meydançaları var. Ona görə də, bu nüanslar "Maribor" üçün əlavə üstünlük olacaq.

- İlk oyunda sizə sərf eləyən nəticəni əldə etmisiz. Oyununuzu müdafiədən quracaqsız, yoxsa...?

- Bizim oyun fəlsəfəmizdə ultramüdafiə futbolu, öz qapımızın ağzında sədd çəkmək kimi planlar olmur. Biz müdafilə futbolu oynamırıq. Sabah da ənənəvi oyunumuzu oynayacağıq, hücum edəcəyik. Rəqibin də qələbə üçün cəhd edəcəyini də nəzərə alsaq, bizi çox keyfiyyətli oyun gözlədiyini deyə bilərəm.

- "Qəbələ" daxili çempionatda son matça çıxmadı. Bunu üstünlük kimi saymaq olarmı?

- Bizim ötən həftəki çempionat matçına çıxmamağımızı əlavə üstünlük olaraq görmürəm. Mən bildiyimə görə, "Maribor" da sonuncu oyunu demək olar ki, ikinci heyətlə keçirib, bir çox əsas oyunçularına şans verməyib. Novakoviç, Tavares kimi oyunçular 45 dəqiqə forma geyiniblər.

- Siz 100% əminisiniz ki, qruplarda çıxış edəcəksiz?

- Mən bu gün ancaq öz gördüyümüz işlərə əminəm. Bilirəm ki, bizim göstərmək istədiyimiz futbol nəticə verir.

- Meydança və qazonla tanış olmusunzmu? Çünki stadionun meydançası heç də ideal vəziyyətdə deyil...

- Meydança ilə tanış olmadığım üçün sizin sualınıza cavab verə bilməyəcəm. Ancaq əgər meydan pis vəziyyətdədisə, bu, hər iki komanda üçün mənfidir. Eyni stildə oynayan iki komandayıq. Bizim kimi onlara da problem yaradacaq.

- Rəşad Sadiqovun vəziyyəti nə yerdədi? Sabahkı oyunda oynaya biləcəkmi?

- Rəşad artıq 3 gündü ki, bizimlə birlikdə ümumi qrupda məşq edir. Ancaq bugünkü son məşqdə də vəziyyətə baxacağıq. O, özü təcrübəli adamdı, son qərarı birlikdə verəcəyik.

- "Maribor" bu mövsüm hələ ki, daxili çempionatda qələbə qazana bilməyib. Bu nüans "Qəbələ"nin xeyrinədir?

- Bunun sabahkı oyuna heç bir dəxli yoxdu. Çünki bu oyun bizim üçün necə vacib və əsasdısa, "Maribor" üçün də bir o qədər əhəmiyyətlidir. Düşünürəm ki, sizin futbolçular da sabahkı görüşə yaxşı motivasiya olunublar. Bu günə qədər nə baş veribsə, artıq geridə qalıb.

- Hava şərtləri sizə necə təsir edəcək? Bakıdakı oyun çox isti havada baş tutmuşdu...

- Bu sualın cavabını bayaq meydanaça ilə bağlı olan sualda demişdim. Həm "Qəbələ", həm də "Maribor" eyni şərtlər altında mübarizə aprır. İstidisə, hər ikisinə istidi, soyuqdusa, hər ikisinə soyuqdu.

- Bilirik ki, Azərbaycanın digər təmsilçisi "Qarabağ" da qrup mərhələsinin astanasındadı. Əgər hər iki komanda ardıcıl ikinci dəfə qrupda oynamağa haqq qazansa, bu, Azərbaycan futbolu üçün nə dərəcədə əhəmiyyətlidir?

- Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik. Əgər hər iki Azərbaycan klubu bunu bacarsa, ölkə futbolu üçün əla olacaq.

Tarix
2016.08.25 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla